ABŞ-la İran müharibə astanasında: Azərbaycana qaçqın axını ola bilər

08.02.2017 - 00:02

Ölkə.Az xəbər verir ki, İran bu gün Rusiyadan 5 kiloqram 20 % zənginləşdirilmiş uran və nüvə müəssisələrində yanacaq kimi istifadə edilən 149 ton uran oksid alacaq. Rusiyanın İranla imzaladığı yeni müqavilə ABŞ-ın sərt reaksiyasına səbəb ola bilər. Siyasətçilər hesab edirlər ki, bu məsələdə ABŞ narazı olsa belə, onun hökmü bu iki nəhəng dövlətə bata bilməz.
Tanınmış politoloq Zərdüşt Əlizadə Ölkə.Az-a açıqlamasında bildirib ki, İran Amerikanın diqtəsi ilə hərəkət etməyəcək. Onun sözlərinə görə, bu səbəbdən də ABŞ İrana hərbi müdaxilə etmək belə istəsə, bu onun üçün yaxşı nəticələnməyəcək. “Amerika İrana heç nə edə bilməz. Rusiya ilə İran arasındakı nüva razılaşma beynəlxalq səviyyədə qəbul edilən qaydalar çərçivəsindədir. Əgər əməkdaşlıq bu qaydalar çərçivəsindən çıxmırsa, heç bir dövlət, o cümlədən ABŞ onlara irad tuta bilməz. Amerika hökuməti öz ötkəmliyindən və qlobal iddialarından çıxış edərək, baş verən hər bir hadisəyə münasibət bildirir. Bütün dövlətlərə “barmaq silkələyir”. Dünya artıq buna vərdiş edib və ABŞ-a heç əhəmiyyət də göstərmir. Lakin Trampın bu şıltaqlığı İranı əsəbləşdirə bilər. Bu da ABŞ üçün yaxşı nəticələnməz!”, – deyə Z.Əlizadə bildirib.
Tanınmış politoloq Arzu Nağıyev isə Ölkə.Az-a açıqlamasında bildirib ki, bu Rusiya ilə İran arasında ATOM enerjisi üzrə bu birinci məsələ deyil. Onun sözlərinə görə, ABŞ-ı əsas maraqlandıran ərazilərdə tikilən ATOM elektrik stansiyası nüvə reaktorları olan bir ərazidir.
“ABŞ istəsə də, istəməsə də Rusiya və İran arasında bu proses davam edir. Qərb və ABŞ çox çalışırdı ki, nüvə reaktorlarının iş prinsipini açıqlasın. İranın beynəlxalq Atom enerjisi ilə məşğul olan komissiyasını ora baxış keçirtmək üçün cəlb etsin. Bilirsiz ki, bu proseslər bir neçə dəfə davam edib. ABŞ və İran arasında gərginliyin olmasının səbəbi nüvə reaktorları deyil. Bu sadəcə bir bəhanədir ki, ABŞ müəyyən məsələlərdə İrandan acıq çıxsın. Tramp dəfələrlə bəyan edib ki, İran birinci terror dövlətidir. Düşünürəm ki, İsrail, Səudiyyə Ərəbistanı ilə olan münasibətlərə, Suriya məsələsindəki münasibətlərə görə Abş İran ilə başqa yünəmdə danışmağa çalışır. İran özü də gözəl başa düşür ki, hansısa hərbi proseslərin keçirilməsində növbə Suriyadan sonra onlara çata bilər”, – deyə Arzu Nağıyev bildirib.
Ekspertin fikrincə, baş verənlər region üçün xoş olmayan prosesdir. A.Nağıyevin sözlərinə görə, bu Azərbaycan sərhədlərinə də yaxın bir ərazidə cərəyan edir və bizim üçün də müəyyən mənada narahatlıq doğura bilər: “Bizim çoxsaylı həmvətənlərimiz İranda yaşayır. Nəticə ondan ibarətdir ki, İrana hansısa müdaxil olarsa, Azərbaycana qaçqın və məcburi köçkün axını ola bilər. Yadınızdadırsa, vaxtı ilə baş verən proseslər zamanı İrandan Azərbaycana çoxsaylı qaçqın keçdi. Onlar müxtəlif ərazilərdə evlər aldı. Azərbaycana qaçqın kütləsi axın edə bilər. Bütün proseslər göstərir ki, İraqda, Suriyada toqquşmalar belə məsələlərdən başlayır. Lakin İran qədim dövlətçiliyi olan dövlətdir. Bu Səudiyyə Ərəbistanı, Qətər, İordaniya və digər ərəb dövlətləri kimi dövlət deyil. İran oturuşmuş, dövlət ənənələrinə sadiq və dini ideyalarla idarə olunan İslam dövlətidir”.
A.Nağıyev deyir ki, ABŞ İrana müharibə elan edərsə, bu proses amerikalılar üçün yaxşı nəticələnməyə bilər: “ABŞ İraqda başladığı müharibəni 10 ilə başa çatdıra bilmədi. İrana hansısa hərbi müdaxilə edərsə, bu Amerika üçün asan olmayacaq. Əgər ABŞ İrana müharibə elan edərsə, bu sadə müharibələrdən olmayacaq”. (olke.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=87521

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2017
BE ÇA Ç CA C Ş B
« Yan    
 12345
6789101112
13141516171819
20212223242526
2728