Məcburi köçkünlərə daha bir bəd xəbər:Torpaq sahibi olanlar…

08.02.2017 - 00:18

Yaxın gələcəkdə torpaq sahibi olan məcburi köçkünlər dövlət tərəfindən verilən çörəkpulu müavinətindən məhrum edilə bilər. Bu barədə cumhuriyyet.az-ı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, artıq məlum prosedurun icrasına hazırlıq gedir.
Bilgili qaynağın sözlərinə görə, cari ilin ilk ayından etibarən şəxsi vəsaiti hesabına ev alan məcburi köçkünlərlə yanaşı, torpaq sahibi olan köçkünlərin də çörəkpulundan, habelə kommunal xərclərə görə ödənilən müavinətdən məhrum edilməsi planlaşdırılsa da, son anda hökumət bu qərarın ikinci hissəsindən imtina edib. Səbəb bu addımın məcburi köçkünlər arasında ciddi narazılıq yaradacağı ehtimalı olub. Bu səbəbdən də torpaq sahibi olan məcburi köçkünlərin müavinətlərdən məhrum edilməsi ilə bağlı qərarında bəlli bir müddətdən sonra elan edilməsi nəzərdə tutulub.
Onu da qeyd edək ki, ev sahibi olan məcburi köçkünlərin müavinətlərdən məhrum edilməsinin ardınca adına torpaq sahəsi olan köçkünlərin böyük əksəriyyəti həmin torpaq sahələrini başqalarının adına keçirməyə başlayıb. Məqsəd daşınmaz əmlaka sahib olmayan şəxslər kimi məcburi köçkünlər üçün nəərdə tutulan imtiyazlardan bəhrələnmək, daha doğrusu bu imtiyazlardan məhrum olmamaqdır.

Çingiz

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=87526

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2017
BE ÇA Ç CA C Ş B
« Yan    
 12345
6789101112
13141516171819
20212223242526
2728