“Oğru” dünyasının yazılmamış qanunları

27.03.2017 - 00:53

Qanuni oğru və ya qanunda oğru (rus. Вор в законе) — dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu. Qanuni oğruların bütün nümayəndələri cinayət törətmiş şəxslərdir.  Cumhuriyyet.az Enter.News saytına istinadən bu aləmlə bağlı daim diqqət mərkəzində olan məqaləni oxuculara təqdim edir:

Qanuni oğru – lotu anlayışı müxtəlif ölkələrdə və zamanlarda mövcud olub. Lotular əsasən Orta Şərqdə mövcud olub. Məsələn, İsfahan lotuları müəyyən funksiya daşıyırdılar, və ümumi təsəvvürdən fərqli olaraq, hakimiyətlə əməkdaşlıq edirdilər ki, bu indiki oğruların bir çoxuna da aiddir. Sovet siyasi sistemində hakimiyətin xəbəri olmadan cinayət və qeyri-cinayət və ümumiyətlə hər-hansı strukturun yaranması ehtimalı çox aşağı idi. Odur ki, düşünmək olar ki, oğru aləmini sovet siyasi sistemi, əvvəllər də tarixdə olduğu kimi, cinayət aləmini nəzarətdə saxlamaq məqsədi ilə yaratmışdı. Bu qanunlara tabe olanların siyasətdən uzaq olması məsələsi də heç də təsadüfi deyil. Stalin istənilən siyasi müxalifətdən qorxduğu üçün, qanunu oğru institutunu yaranmasında maraqlı idi.

Bütün məhkumlar tərəfindən riayət olunmalı məcəllə

Bütün məhkumlar tərəfindən riayət olunmalı məcəllədəki əsas müddəalar aşağıdakılardır:

  1. Məhkum qəti şəkildə xəbərçilik etməməlidir. Ən əsası da hakimiyyət təmsilçisinə. Adi bir xəbərçilik həmin məhkumun sonradan “stukaç” ləqəbi ilə ömürlük damğalanmasına səbəb olacaq.
  2. Dustaq yoldaşları arasında dedi-qodu ilə məşğul olmaq və heç kimə şər atmaq olmaz. Bu çox böyük səhvdir.
  3. Oğurluq etmək, xüsusən də dustaq yoldaşının ərzağını oğurlamaq olmaz. Ya da ərzaq gizlətmək olmaz. Bu əməli törədənlər “srok”unun sonunacan “krısa” adlanırlar.
  4. Fiziki gücündən istifadə edərək heç kimə, xüsusən də zəif dustaqlara əl qaldırmaq, özünü “baklanlığa” qoymaqdır.
  5. Cəza çəkdiyi inzibati binada işləməməlidir. Xüsusən də “ment”lərin görəcəyi işləri görməməlidir. Yoxsa ömrü boyu “kozyol” damğasına sahib olar.
  6. Qumarda və digər pullu oyunlarda uduzduqda borclu qalmamaq lazımdır. Əks halda hamı onu “fuflo” adlandıracaq.
  7. Kiminləsə cinsi əlaqədə olmaq olmaz, əks halda “pedor” ayaması ondan əksik olmayacaq. Ümumiyyətlə, “pedor”la heç vaxt kontakt yaratmaq, onlarla oturub-durmaq, onlara əl vermək, salamlaşmaq olmaz.
  8. Qeyri-insani əməllərdən də çəkinmək lazımdır, yoxsa məhkum yoldaşları onu “qad” deyə çağıracaqlar.
  9. Məhkumluqda şəxsi rifahı naminə məişət işləri ilə də məşğul olmaq olmaz, yoxsa ona “şustryak”, “şnır” deyəcəklər.

Yuxarıdakı göstərdiklərimiz özünəməxsus məcəllədən nümunələrdir. Bu məqamları pozan şəxslər həm də ümumi “Qanun”a qarşı çıxanlardır, onun müddəalarını pozanlardır. Bu hərəkət məhkumlar arasında “fahişəlik” kimi qiymətləndirilir. “Fahişəlik” isə ölümlə belə cəzalandırıla bilər.

Oğru qanunları

  1. Oğru qanunlarının dəstəklənməsi və ona sadiqlik;
  2. Hüquq-mühafizə orqanları ilə hər hansı bir əlaqənin qurulmasına yol verməmək;
  3. Bir-birinə münasibətdə düz olmaq;
  4. Öz sıralarına yeni üzvləri, xüsusilə gəncləri cəlb etmək;
  5. Siyasi fəaliyyətlə məşğul olmamaq;
  6. Kart oynamağı mütləq bacarmaq.

Həbsxana qanunları

  1. “Obşak”ın payını ayırmaq;
  2. Qanuni oğruya əl qaldırmamaq;
  3. Böyüklərə hörmət etmək;
  4. Valideynlərə hörmət etmək;
  5. Satqınlara qarşı barışmaz münasibət nümayiş etdirmək;
  6. Sübutsuz ittiham irəli sürülməsinə qadağa qoyulması;
  7. Hər hansı bir formada təhqir etməyə qadağa;
  8. Söyüşə qadağa
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=91223

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930