Ucarda avtomobil 2-ci sinif şagirdini vuraraq öldürüb
Ucar-Zərdab yolunda ölümlə nəticələnən yol qəzası baş verib
Cumhuriyyet.net APA-ya istinadən xəbər verir ki, hadisə Ucar rayonunun Qazyan kəndi ərazisində qeydə alınıb.
Ucarın Lək kənd sakini, 2000-ci il təvəllüdlü Allahverdiyev Yusif Allahverdi oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil yolu keçən piyada, Qazyan kənd sakini, 2008-ci il təvəllüdlü Xəlilov Həsən Rəşid oğlunu vurub.
İkinci sinif şagirdi olan Həsən Xəlilov Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
cumhuriyyet.net
Short URL: http://www.cumhuriyyet.net/?p=95041