Nazirin qardaşı məhkəməyə gətirilsin! – TƏLƏB

22.06.2017 - 00:30

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi baş tutub

Təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifovun Cumhuriyyet.net-ə verdiyi məlumata görə, zərərçəkmiş şəxs bu dəfə də məhkəmə prosesinə qatılmayıb: “Əlikram Camalov həm keçən dəfə, həm də bu dəfə məhkəməyə qatılmadı. Mən buna etiraz edərək onun proseslərdə şəxən  iştirak etməsinin təmin edilməsi barədə vəsatət qaldırdım. Vəsatət təmin edildi. Hakim elan etdi ki, növbəti iclasda Ə.Camalovun məhkəmədə iştirak edərək ifadə verməsi təmin ediləcək”.

Vəkil hüquqlarını müdafiə etdiyi, təqsirləndirilən Samir Nəbiyevin məhkəmə istintaqı zamanı ifadə verərkən özünü təqsirli bilmədiyini deyir: “Əgər təqsirləndirilən şəxs özünü təqsirli bilmirsə, ilk olaraq zərərçəkmişlər dindirilməlidir. Qarşı tərəf məhkəməyə gəlmədiyi halda bu mümkün olmadığı üçün Samir Nəbiyevin də dindirilməsi düzgün deyil”.

Samir Nəbiyev ifadə verməkdən imtina edib.

Növbəti məhkəmə iclası 23 iyuna təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən Samir Nəbiyevin himayəsində azyaşlı uşaqlarının olması nəzərə alınaraq həbs edilməyib. Barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
İttihama görə, S.Nəbiyev Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməsini istəyib, əvəzində isə qazancı yarı böləcəyini vəd edib. Təkliflə razılaşan Ə.Camalov ona iki dəfəyə 21 min 993 manat pul verib. S.Nəbiyev isə vəsaiti mənimsəyərək geri qaytarmayıb.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=95207

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930