Xalq artistinin oğlu adam vurdu

12.07.2017 - 12:09

Xalq artisti Ramiz Novruzovun oğlu Cavidan xoşagəlməz hadisə ilə üzləşib

Cumhuriyyet.net-in məlumatına görə, bir sıra teleseriallarda canlandırdığı obrazlarla məşhurlaşan Cavidan Novruzov yeniçağ-a açıqlamasında iştirakçısı olduğu insidentə belə aydınlıq gətirib: “Vicdan haqqı” serialında canlandırdığım Əbdül rolunun badına gedəcəkdim. Hələ də anlaya bilmirəm, bu insanlar niyə elə bilirlər ki, serialda baş verənlər həyatda da yaşanır.

Bir ayın söhbətidir, şəhərdə gedirdim, iki-üç oğlan mənə söz atdı ki, belə vurub-yıxan oğlansan, get bacını axtar. Çaşıb qaldım ki, bu, nə deyir? Yenidən qayıtdı ki, get bacın Dilarəni axtar, tap. Söz xoşuma gəlmədi, dedim, ə, sən kimə deyirsən? Cavab vermədi, başladı gülməyə. Üstünə yeriyib, əl atdım boynuna. Əlbəyaxa olduq, dava düşdü, uşaqlar aralaşdırdılar.

Amma onları otuzdurdum yerlərində. Adamın real həyatla serialı qarışdırması xoşuma gəlmədi. Ən azı, sözü başqa cür də demək olardı”.

Qeyd edək ki, Cavidan Novruzov “Vicdan haqqı” serialında Əbdül orazını canlandırır. Serialda “vurub-yıxan oğlan” kimi tanınan Əbdül baş qəhrəman olan Dilarənin qardaşıdır.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=96372

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31