Telman İsmayılovun ağır günləri – Hoteli rezervasiya qəbul etmir

15.08.2017 - 23:27

2009-cu ildə Antalyanın Kundu bölgəsində azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən 1,4 milyard dollara təsis olunan, 2010-cu ildə “World Travel Awards”da “Dünyanın ən lüks hoteli” seçilən “Mardan Palace Hotel” biznesmenin borclarına görə çətin günlər yaşayır.
Cumhuriyyet.net qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hoteldə otaqları bron etmək müvəqqəti olaraq dayandırılıb. Belə ki, müştərilərə hotelin bağlı olduğu və rezervasiyanın qəbul edilmədiyi bildirilir. Hotelin baş icraçı direktoru Səlçuq Şahin isə müəssisənin hazırda fəaliyyət göstərdiyini söyləyib: “Mən hazırda hoteldəyəm və hotel fəaliyyətədir. Təbii ki, sıxıntılarımız var, amma hotelimiz bağlı deyil. Açıq qalacaq, bağlanmayacaq da… Çünki biz turizm tarixinin ən yaxşı hotellərindən biriyik. Bu sıxıntılar müvəqqətidir. Hoteli heç vaxt bağlamağı düşünmürük”.
S.Şahinin sözlərinə görə, hotel müvəqqəti olaraq bir həftəliyə rezervasiyaları qəbul etməyəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=98151

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31