Qalmaqallı “26” kafesindən son xəbər: – “…qərar qəbul olunmayıb”

09.10.2017 - 16:52

Bir ay əvvələ qədər Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəzdində fəaliyyət göstərən və sonradan cəmiyyətin “26 Bakı komissarı”nın adı ilə əlaqələndirilən “26” kafesinin bundan sonrakı fəaliyyəti haqqında məlumat əldə etməyə çalışdıq.

Bir müddət əvvəl “26” kafesinin yenidən fəaliyyətə başlayacağı ilə bağlı məlumat əldə etmişdik. Hətta qeyd olunurdu ki, söhbət AYB-nin binasını qurumdan “qoparmağa” çalışanlar bu cür yola əl atıblar. Artıq nəticə ortadadır. Sahiblərinin hər nə qədər kafenin bolşevik komissarlarla əlaqəsinin olmadığını desə də, kafe söküldü.

Məsələyə münasibət bildirən Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rza hafta.az-a açıqlamasında deyib ki, “26” kafesi ilə bağlı söz-söhbətlər artıq bitib:

“Kafenin o cür adlandırılmasının bizimlə heç bir əlaqəsi yox idi. Kim səbəbkar və ya günahkar idisə, qanunla cəzasını çəkəcək. Həmin yer Azərbaycan Yazıçılar Birliyinindir. Oranın bundan sonra hansı istiqamətdə fəaliyyət göstərəcəyini AYB müəyyənləşdirəcək. AYB-nin nəzdində inzibati fəaliyyət göstərəcəyi və ya icarəyə veriləcəyi hələlik məlum deyil. Bununla bağlı hər hansı qərar qəbul olunmayıb”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=100754

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930