“Stimul” klinikası haqqında şok iddia: “Palatalardakı kameralarla xəstələr izlənilir” (FOTOLAR)

18.10.2017 - 11:58

Ölkəmizdə özəl səhiyyə sahəsində çoxsaylı problemlərin olduğu dəfələrlə vurğulanıb. İstər göstərilən tibbi xidmətin keyfiyyətindən, istərsə də qiymətlərdən dəfələrlə narazılıq edilib. Ancaq bu dəfə ki, problem tamam fərqlidir.

Cumhuriyyet.net Xəbərçi.az–a istinadən xəbər verir ki, redaksiyaya müraciət edən vətəndaş Elnur Əhmədov Bakının Sabunçu rayonunda fəaliyyət göstərən “Stimul hospital”dan şikayətçi olduğunu bildirib. Belə ki, xanımını həmin klinikada burun əməliyyatı etdirən Elnur bəy şikayətini belə əsaslandırıb:

“Stimul klinikasında əməlli-başlı özbaşnalıqdır. Bu yaxınlarda yoldaşım orada burun əməliyyatı keçirtdi. Baş çəkmək üçün yanına getdiyim zaman palatada işlək vəziyyətdə kameranın olduğunu gördüm. Çox əsəb keçirtdim. Camaatın anası-bacısı var. Palatada yatan xəstənin məhrəm görüntüləri necə çəkilə bilər? Bütün xəstəxananı qatdım bir-birinə. Rəhbərliyə şikayətimi çatdırdım. Dedilər ki, guya kameralar təhlükəsizlik məqsədi üçün qoyulur. Palatada kamera olduğunu öncədən xəstələrə demirlər də … Belə özbaşınalıq olar. Təzədən palataya qayıtdım, saqqız ilə kameranın üzərinə salfet yapışdırdım. Axı bu nə biabırçılıqdır?”.

“Stimul” klinikası ilə əlaqə saxladıq. Özünü xəstəxananın direktoru kimi qələmə verən Şəlalə xanım sualımızı eşidib, əsəbiləşdi:

“Həmin şəxsin adı nədir? Deyin ona yanıma gəlsin ona izah edim. Biz palatalara kamera qoşdurmuşuq düzdü, amma bu təhlükəsizlik üçündür. Sabah nəsə baş verəndə görə bilək. Onsuzda o kameralar işləmir”.

Vətəndaş özünün haqlı olduğunu göstərmək üçün kameranın yanan işıqlı halının da fotosunu xəbərçi.az-a yollayıb.

Maraqlıdır, görəsən Səhiyyə Nazirliyi bu barədə məlumatlıdırmı?!

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məsələyə bu cür aydınlıq gətirib:

“Səhiyyə Nazirliyi hər hansı bir özəl tibb müəssisəsində yaşanmış xoşagəlməz hadisəni yalnız rəsmi şəkildə müraciətlər əsasında araşdırır. Bu vəziyyətdə biz öz tərəfimizdən gedib araşdırma apara bilmərik. Əgər şikayətçi şəxs özü rəsmi qaydada nazirliyə müraciət edərsə, onda müdaxilə edib, hər hansı tədbir görə bilərik”.

Bəs qanun bu barədə nə deyir ?

Məsələ ilə bağlı hüquqşünas Vüqar Səfərliyə müraciət etdik. Vəkil bildirdi ki, bu kimi məsələlərdə hər kəsin şəxsi toxunulmazlıq hüququ var:

“Məsələ ilə bağlı öncə bunu qeyd etmək lazımdır ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ var. Bu vətəndaşın başlıca Konstitusyon hüquqlarındadır. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü fəsil 32-ci maddəsinə əsasən öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.”

Hüquqşünas həmçinin qeyd etdi ki, “Stimul Hospital”ın palatalara kameralar yerləşdirməsiqanunla da yolverilməzdir:

“Bu, təhlükəsizlik tədbiri üçün olsa belə Konstitusiyamızın yuxarıda qeyd etdiyim imperativ nomralarına əsasən heç kəs onun razılığı olmadan görnütülənə bilməz. Bu hal yalnız qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Onu da müvafiq hüququ mühafizə orqanları həyata keçirir”.

“Vətəndaş polisə müraciət edərsə, bu zaman klinika rəhbərliyini hansı cəza üsulu gözləyir” sualına isə vəkil belə cavab verdi:

“Dəymiş mənəvi zərər üçün vətəndaş məhkəməyə müraciət edə bilər. Hətta klinikanın lisenziyasının ləğvi məsələsi də ortaya çıxa bilər. Otaqlarda kamera olması şəxsi toxunulmazlıq hüququnun pozulmasıdır”.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=101738

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930