“Onlayn mediaya büdcədən 1 milyon manat vəsait ayrılsın”

22.11.2017 - 17:08

“Təcrübə göstərir ki, xaricdən ölkəyə informasiya təhlükələri mövcuddur və onlayn media bu təhlükələrə cavab verir. Amma bizim ölkədə onlayn mediaya ayrılan vəsait azdır”

Bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə müzakirəsi zamanı deyib.
O qeyd edib ki, onlayn mediaya sistemli şəkildə vəsait ayrılmalıdır: “Onlayn mediaya 1 milyon manat ayrılsa, bunun bəhrəsini görəcəyik. Müharibə şəraitində olduğumuz üçün informasiya sahəsinə vəsait əhəmiyyətli dərəcədə artırılmalıdır”.
Ə. Amaşov informasiya ombudsmanının ayrıca qurum kimi fəaliyyətini zəruri hesab edərək bunu reallaşdırmağı təklif edib: “Bizdə informasiya ombusdmanı İnsan Hüquqları üzrə Müvəkkilliyinin (Ombudsman) tərkibində fəaliyyət göstərir. Səbəb olaraq deyirlər ki, ştat yoxdur. Hökumət üzvlərinin burada olmasından istifadə edərək soruşmaq istəyirəm ki, niyə ştat ayrılmır? Ombudsmanın fəaliyyəti hazırda göz önündədir. Hesab edirəm ki, bunu nəzərə alaraq informasiya ombudsmanı ayrıca fəaliyyət göstərməlidir”.(apa)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=105227

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930