Kərəm Həsənov müflis edilir: “Dalğa”, “Çinar Plaza”, ardınca isə …

28.11.2017 - 00:02

Bir müddət öncə Beynəlxalq araşdırmaçı jurnalistlərdən ibarət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) son araşdırmasında diqqətdən kənarda qalan daha bir fiqurun adı keçirdi. Biz cumhuriyyet.az olaraq həmin araşdırmaya yenidən nəzər yetirərək bildirirrik ki, Çexiyanın Praqa və Marinask Lazne şəhərlərində daşınmaz əmlak və otellər alan tanınmış azərbaycanlılar arasında Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənovun da adı var idi. Beynəlxalq araşdırmaçıların ortalığa qoyduğu faktlar göstərir ki, Həsənovlar prezidentə qarşı Qərbdə başlamış kampaniya üçün tutarlı arqumentlər veriblər. Əgər Həsənovlar Avropada mal-mülk sahibi olmasaydılar, korrupsiya pullarına varlanmasaydılar beynəlxalq dairələrin ölkəmizin imicinə zərbə vuran bu halları tirajlamazdı.
Kərəm Həsənov prezidentin etimadını çoxdan itirib. Komitə rəhbərinə verilən möhlət də məhz Ziya Məmmədov kimi bitirilməsinə hesablanıb. Ölkədə gedən sosial və struktur islahatları çərçivəsində reyestr xidməti sahəsinin ASAN Xidmətə verilməsi və komitənin ləğvi nəzərdə tutulur. Millət vəkilləri, ekspertlər də zaman-aman bu təkliflə çıxış ediblər ki, komitə ləğv olunaraq hansısa nazirliyə yaxud da ASAN-a verilməlidir. Malik Həsənov da qardaşına söykənərək mandatını saxlayıb. Eldar Mahmudov kimi dayağını itirdikdən sonra yeganə dəstəyi Kərəm Həsənovdur. Komitə rəhbəri isə gedəcəyi halda Malik Həsənov üçün bu, sonuncu parlament fəaliyyəti olacaq. Üstəlik, MTN işindən sonra nüfuzunu və etimadını itirmiş Həsənovların 3 milyardlıq korrupsiya qalmaqalında da adının hallanması qardaşlar üçün son ola bilər. Məlumatlar onu göstərir ki, artıq “Həsənovlar İmperiyası”na son verilməsi prosesi başlanıb. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 10-a qədər obyektinə əl qoyulub. Mənbənin sözlərinə görə, hadisə bir neçə gün bundan öncə baş verib. K.Həsənova məxsus olan 10-a qədər obyekt komitə sədrinin əlindən alınaraq digər bir gücün nəzarətinə verilib.
Qeyd edək ki, komitə sədrindən alınan əmlakların dəyəri on milyonlarala manat həcmindədir. Onların arasında paytaxtın mərkəzində yerləşən obyektlərlə yanaşı, şəhərətrafı ərazilərdə yerləşən nəhəng kompleklər də mövcuddur. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Komitə sədrinin əlindən alınan obyektlərdən biri “Azneft” dairəsinin yaxınlığındakı “Dalğa” obyektidir. Hansı ki, dəyəri milyon manatlarla hesabanan bu obeykt Həsənovlar imperiyasının ən mühüm, “pulgətirən” obyektlərindən biri kimi tanınıb.
Bundan başqa, komitə sədrinin Bakıətrafı kənd və qəsəbələrdə dəniz sahilində yerləşən bir sıra mühüm obyektlərinin də əlindən alındığı bildirilir. Bununla bağlı məlumatlı mənbənin cumhuriyyet.az-a verdiyi xəbərə görə Komitə sədrinin əlindən alınan obyektlrədən biri “Çinar Plaza”dır: “K.Həsənovun əlindən alınan bir neçə obyekt var ki, onlardan da biri “Çinar Plaza”dır. Xeyli sayda ofisin fəaliyyət göstərdiyi bu məkan hər zaman Həəsnovlar imperiyasının əsas mülklərindən biri hesab olunub. Dəyəri milyonlarla manat olan bu obyektlə yanaşı komitə sədrinin bir neçə iri obyektinə də əl qoyulub ki, yaxın gələcəkdə bu siyahının daha da genişlənəcəyi gözlənilir”. Mənbə həmçinin komitə sədrinə məxsus yüzlərlə obyektin ona yaxın olan bir neçə şxəsin adına sənədləşdirildiyini qeyd edib: “K.Həsənova məxsus obyektlərin böyük əksəriyyəti komitə sədrinə yaxın olan bir neçə adamın adına rəsmiləşdirilib ki, bunlardan da biri komitənin Xərai Rayon Şöbəsinin əməkdaşı Tahir Qarayevdir. K.Həsənovun T.Qarayevin adına sənədləşdirilən 25-ə qədər obyekti mövcuddur. Bundan başqa, Bibiheybət məscidinin arxasındakı sağlamlıq mərkəzi də onun adınadır. Bundan başqa, T.Həsənovun qaynınınK.Həsənovun əlindən alınan obyektlərlə yanaşı, onun öz obyektlərini kimlrin adına sənədləşdirdiyi ilə bağlı da maraqlı informasiyalar verib. Mənbənin məlumatına görə, K.Həsənov da adına çoxlu sayda mülklər rəsmiləşdirilib ki, onların gerçk sahibi K.Həsənovdur”.

– Komitə sədri dəyirman biznesindən nə qədər qazanır?
– Kərəm Həsənovun əmlaklarını həvalə etdiyi Şamo adlı şəxs kimdir?
– Komitə sədrinin “vurulması” prosesinin əsl səbəbi nə ilə bağlıdır?
– Kərəm Həsənovun ən böyük özəlləşmələri kimlərin iştirakı ilə reallaşdırır?

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=105648

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031