Rəis 38 ilin neftçisini döyüb işdən qovdu

12.12.2017 - 23:53

“Azneft” İstehsalat Birliyinin “Kompleks qazma işləri” trestinin “Günəşli” istehsalat bölümündə 8 saylı dəniz özülünün keçmiş rəis müavini Arif Qəmbərov bölmə rəisinin kabinetində rəis Cəbrayıl Qədirov və onun müavini Şahin Bayramov tərəfindən döyüldüyünü iddia edir.

Virtualaz.org-un redaksiyasına müraciət edən A.Qəmbərov hər iki şəxs tərəfindən təhqir olunduğunu, sonradan təpik və yumruqla döyüldüyünü, nəticədə, ciddi xəsarətlər aldığını bildirib. Şikayətçi aldılğı xəsarətləri təsdiq edən məhkəmə tibbi ekspertizasının rəyini də redaksiyaya təqdim edib.

Bildirildiyinə görə, hadisə sentyabrın 14-də baş verib. Ekspertizanın rəyində göstərilir ki, Arif Qəmbərova küt və şiş uclu əşyalarla xəsarət yetirilib. “Mübahisədən bir neçə gün əvvəl mənə ərizə yazaraq könüllü işdən çıxmağımı təklif etmişdilər. Bölmə rəisi Cəbrayıl Qədimov bildirmişdi ki, sosial şəbəkələrdə idarə haqqında mənfi fikirlər yazdığım üçün trest rəhbərliyi mənimlə işləmək istəmir. Mən isə ərizə yazmaqdan imtina etmişdim. İştirakım olmadan iclas keçirilmişdi, həmin iclasda bölmə rəhbərlərinə, mühəndislərə tapşırılmışdı ki, məni təxribata cəlb etsinlər, sonra video görüntülər çəkib paylaşsınlar. İclasda iştirak edənlərdən biri mənə ehtiyatlı olmağımı, təxribata cəlb ediləcəyimi demişdi. Buna görə də, rəisin kabinetinə gedərkən təhqirlərinə cavab verməməyə çalışırdım”.

Şikayətçi söyləyir ki, 1979-cu ildən neft sahəsində müxtəlif vəzifələrdə işləyib, heç vaxt nöqsana yol verməyib. Lakin 8 saylı dərin özüldə çalışdığı müddətdə rəis Cəbrayıl Qədirov və trestin baş mühəndisi ilə münasibətləri kəskin olub. Çünki rəhbərliyin tələblərini yerinə yetirməkdən imtina edib. “Bütün qazma avadanlıqları yenilənib, müasir tələblərə uyğun avadanlıqlar quraşdırılıb. Amma qazma işləri zamanı ciddi texniki səhvlərə yol verilirdi, dəfələrlə qaz sızması nəticəsində güclü partlayış təhlükəsi yaranıb. Bunlara görə məsuliyyət daşıyırdım. Mən isə etiraz edirdim, bilirdim ki, hər xırda səhv dövlətə külli miqdarda ziyan vurur”, – şikayətçi deyir.

Qəmbərov iddia edir ki, ondan Almaniya istehsalı olan HOMO-G 2000 markalı, ümümi dəyəri 316 min dollar olan 6 ədəd avadanlığın çıxdaş kimi aktlaşdırılaraq sahilə göndərilməsini tələb ediblər. Əsas mübahisə də bunun üstündə baş verib: “Bölmə rəhbəri məcbur etdi ki, akt yazım. Mən isə bildirdim ki, quraşdırma, istismara başlama və sıradan çıxma aktı olmadan avadanlıqları sahilə göndərə bilmərəm. Təklif etdim ki, telefonoqram verilsin, hansı ünvana gedəcəyi bəlli olsun, sonra avadanlıqları sahilə göndərim. Bildidim ki,veriləcək telefonoqramda mütləq imza və möhür olmalıdır. Bundan əvvəl də yeni avadanlıqlar çıxdaş kimi qeydə alınaraq sahilə göndərilmişdi. Etirazlarım rəhbərliyin xoşuna gəlmirdi, trestdə “arzuolunmaz şəxs” elan edilmişdim”.

A.Qəmbərov deyir ki, ona təpiklə xəsarət yetiriblər. Şikayətçi döyülməsi ilə bağlı Xətai Rayon Prokurorluğuna, Xətai Rayon Polis İdarəsinə müraciət edib: “İşdə olmadığım halda mənə töhmət elan olunub. Sonra isə ixtisar aparılmasını bəhanə edərək, məni işdən azad etdilər. Halbuki, yalnız mənim vəzifəm ixtisara salınıb”.

Qəmbərov işə bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi iddiası ilə məhkəməyə müraciət edib. Deyir ki, şəkər, bronxial astma və onkoloji xəstəliklərdən əziyyət çəkdiyi üçün digər trestlərdə işlə təmin olunmasını istəyib. “Qədirov mənə pis xasiyyətnamə yazdı, bu xasiyyətnamə ilə neft sahəsində işlə təmin edilə bilmərəm. Onkoloji xəstə kimi kimyəvi terapiya alıram. Trestin rəhbərliyi deyir ki, səni yalnız maddi imkansızlıqla sındıra bilərik, dərman almaq üçün pul tapmayanda qarşımızda diz çökəcəksən. Keçirdiyim streslər nəticəsində səhhətim pisləşib, müalicəm yarımçıq qalıb. Həkim bu gedişlə 1 il – il yarım yaşayacağımı deyir. Amma mən onların söylədikləri ilə razılaşmayacağam. Çünki dövlətə küllü miqdarda zərər vuranların gec-tez cavab verəcəyinə əminəm”, – Qəmbərov deyir.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə bildirir ki, Arif Qənbərov peşəkar qazmaçıdır. “Ona fiziki güc tətbiq olunub. Bunu məhkəmə tibb ekspertizasının rəyi də təsdiq edir”.

Hüquq müdafiəçisi qeyd edir ki, Oəmbərov işdən qeyri-qanunu şəkildə azad olunub. Bu zaman Əmək Məcəlləsinin 78.1-ci maddəsi pozulub. A.Qənbərovun işdən azad olunmasında Trestin Həmkarlar Təşkilatının da rolu olub. “Qəmbərovun işdən azad olunmasına Həmkarlar Təşkilatı onun iştirakı olmayan iclasda razılıq verib, Qəmbərov iclasa dəvət edilməyib. Bu isə əmək qanunvericiliyinə ziddir”, – M.Qəhrəmanlı deyib.

İşdən çıxarılmış Arif Qəmbərov gələcəkdə ölkənin neft sektorunda işləmək hüquqndan məhrum edilib. Ona mənfi xasiyyətnamə verildiyindən, SOCAR-ın elan etdiyi vakant yerlər üzrə müsabiqədə iştirak edə bilməz.

Ülviyyə Xudiyeva

Foto Samirə Həsənovanındır

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=107149

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031