Eldar Mahmudovun adamı biznesindən oldu – İDDİA

04.01.2018 - 11:19

Keçmiş MTN şefi Eldar Mahmudovun daha bir adamı hədəfdədir. Bu barədə DİA.AZ-a bilgili qaynaqlar informasiya verib. Xəbəri verən mənbə iddia edir ki, Eldar Mahmudova yaxınlığı ilə seçilən deputat Nəriman Əliyev əlindəki biznesindən imtina etmək zorunda qalıb və onun “Ştutqart” mağazalr şəbəkəsi əl dəyişdirib.

Xatırladaq ki, Masallının deputatı Nəriman Əliyev 2004-cü ildən “Ştutqart” mağazalar şəbəkəsini yaradıb. Mağazalar şəbəkəsinə rəsmi rəhbərliyi Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayev həyata keçirir. Qeyd edək ki, “Ştutqart”dan başqa deputat İran məhsullarının Azərbaycanda satışını da həyata keçirir. Bu biznesə Nəriman Əliyevin qardaşı Azad Əliyev nəzarət edir. Nəriman Əliyevi daha çox İranla yaxşı ticarət əlaqələri olan oliqarx kimi tanıyırlar. Masallı rayonunda “Könhə bazar” kimi tanınan bazarda da pay sahibi olan Nəriman Əliyevin deputatlığa açılan yolu da biznesdən və MTN-dən keçib. Eldar Mahmudovun rəhbəbərlik etdiyi bandanın hədəfinə düşən Nəriman Əliyev qısa müddətdə “verbovka” olunur və sabiq MTN şefi üçün işləməyə başlayır. İddialara görə İranla biznes əlaqələrində “ilişən” iş adamı MTN-nin təcridxanasına gətizdirilib və bundan sonra MTN şefinin şərtlərini qəbul edən Nəriman Əliyev Mahmudovun sadiq adamına çevrilib. Bununla da N.Əliyevin deputatlığa yolu açılıb.

Dia.az-a verilən xəbərə görə, “Ştutqart”ın yeni sahibi əvvəlki qaydada şəbəkənin işləməsi üçün kadrların əksəriyyəti ilə yola davam etmək qərarını verib. Onun kimliyi haqda isə dəqiq bilgilər mövcud deyil.

Qeyd edək ki, bu iddia olunanlarla bağlı Nəriman Əliyevin münasibətini öyrənməyə çalışsaq da, buna nail ola bilmədik. Deputat əlimizdə olan telefon nömrəsini cavablandırmadı. Amma buna rəğmən, qarşı tərəfi də dinləməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=109144

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31