Bakıda təmirli yol qazılaraq yenidən təmir edilir – FOTOLAR

04.01.2018 - 15:01

Bakıda bir müddət öncə təmir olunub istifadəyə verilən yol, təmir edilmək üçün yenidən qazılıb. “Yeniavaz.com” xəbər verir ki, artıq bir neçə gündür Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsinin asfalt-beton hissəsi qazılıb. Yola yaxın vaxtlarda yeni asfalt örtüyünün vurulacağı bildirilir.

Maraqlıdır ki, yazıda fotosunu və videosunu təqdim etdiyimiz bu yolun təmirinə təxminən 1 il əvvəl xeyli vaxt və vəsait xərclənmişdi. O vaxt “Azəryolservis” ASC (indiki “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”) bu barədə geniş məlumat yaymışdı: “Yolun zəruri olan yerlərində yol yatağı bərkidilib, köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Daha sonra küçənin 6300 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Təmirdən sonra küçə tam yeni görkəm alıb”.

Hələ o vaxt küçənin təmirdən sonrakı vəziyyətini əks etdirən video və fotolar yayılmışdı.

Onu da əlavə edək ki, hazırda “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən Binəqədi rayonunda yolların kompleks təmiri işləri aparılır. Sözsüz ki, yolların təmir edilməsi, yol yataqlarının bərkidilməsi, asfalt-beton örtüyünün yenilənməsi yaxşı haldır, ancaq yenicə təmir edilmiş yerlərdə də bu işlərin aparılması əksər insanların böyük təəccüb və ikrahına səbəb olur. Bəs qənaət? İllərdir təmir olunmayan küçə və yollar var. Təmirdən çıxmış yolu yenidən təmir etməkdənsə, oranı təmir etmək və ya işi keyfiyyətli görmək olmazdımı?

Abay Kunanbayev küçəsinin hər iki halından fotoları təqdim edirik.

Nicat

Short URL: http://www.cumhuriyyet.net/?p=109209

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31