Prokurorluq Arif Alışanovun işini ağır cinayətlərə göndərdi

05.01.2018 - 00:31

AzTV sədrinin tutdurduğu adamın əmlakını mənimsəməsi cinayət əməli kimi araşdırılacaq

Şamaxı rayon Prokurorluğu Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV QSC) idarə heyətinin sədri Arif Alışanovun barəsində şikayəti nəhayət Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərib. Rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Tural Kərimov icraatında olan materialıaraşdırıb və ortaya ilginc faktlar çıxarıb. Qeyd edək ki, Bakının Yasamal rayonunda yaşayan və sahibkarlıqla məşğul olan Səlimə Sadıqova Baş Prokurorluğa 3 avqust 2017-ci il tarixli ərizə ünvanlayıb. Məktubunda Sadıqova keçmiş əri Şücayət Əkbərovun həbsindən dərhal sonra özünə məxsus daşınmaz əmlaklar, kənd təsərrüfatı texnikaları, fermer təsərrüfatındakı mal-qara, ev quşlari və tonlarla taxıl məhsulunu AzTV sədri A.Alışanovun qanunsuz yollarla mənimsədiyini bildirirdi.

Şikayət aidiyyəti üzrəŞamaxı rayon Prokurorluğuna göndərilib vəburada araşdırma aparılıb. S.Sadıqovanın ərizəsinin mülki xarakterli olduğu qənaətinə gəlinib. Lakin Səlimə xanım bununla razılaşmayaraq Şamaxı rayon məhkəməsinəərizə ilə müraciət edib. Məhkəmə oktyabrın 16-da ərizəyə baxaraq, rayon prokurorluğunun 205M-17 saylı cavab məktubunu “ərizənin qəbul edilməsindən imtina” kimi qiymətləndirərək bu hərəkəti qanunsuz hesab edib və Sadıqovanın müraciətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqi qiymət verilməsi barədə qərar qəbulundan ötrüyenidən rayon prokurorluğuna göndərib.

Vətəndaşın mülkü, qızılı, pulu DİN BMCMİ-yə niyə lazım olub?

Məhkəmənin oktyabrın 16-da 6(074)-1/2017 saylı qərarıəsasında rayon prokurorluğuna göndərilmiş material üzrətəkrar araşdırma aparılıb. Araşdırma zamanı Səlimə xanım izahatında göstərib ki, 1988-ci ildəŞücaət Əkbərovla ailə qurub, 2014-cü ildə isə nikah ləğv olunub və birgəəmlakları notarial qaydada bölünüb.Bu ilin əvvəlində keçmişəri barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb. Yanvarın 16-da (əslində 14-də-red.) isəƏkbərov barəsində həbs-qətimkan tədbiri seçilib və o, saxlanılıb. Bundan təxminən 2-3 gün sonra mülki geyimdə tanımadığı 3 nəfər Sadıqovanın Bakışəhərindəki evinəgələrəközlərini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizəİdarəsinin (DİN BMCMİ) əməkdaşları kimi təqdim ediblər və evdə axtarış aparacaqlarını bildiriblər, lakin xidməti vəsiqə göstərməyiblər. Həmin şəxslər axtarışzamanıonun bütün qızıl-zinət əşyalarını, 1600 manat və 700 dollar pul vəsaitini, eləcə dəevin mülkiyyət sənədini götürüblər. Daha sonra onlarla birgə getməli olduğunu bəyan ediblər.

Zorla götürüldüyü yeri ancaq oraya çatanda öyrəndi

Xanım onu hara götürəcəkləri ilə maraqlansa da ona “gedəndə görəcəksən”, deyiblər. Sadıqova həmin vaxt işi olduğunu əsas gətirib, onlarla yalnız növbəti gün gedə biləcəyini söyləyib. Gələnlər etiraz qəbul etməyərəkisrarçı mövqe seçiblərvəqadınıöz maşınlarına əyləşdirərək tanımadığı istiqamətdə yola çıxıblar. Yol boyu davamlı getdikləriünvanla maraqlansa da Sadıqova eyni cavabı alıb. Hətta onu telefonla danışmağa belə qoymayıblar, maşında ikən qızının zənginə cavab verməsinə mane olublar. Bir müddətsonra Şamaxıya yetişiblər və dərhal da rayonun Mədrəsə kəndindəxanımın bacısı qızı Ayselə məxsus evə gediblər. Onlarhəmin evdə də axtarış aparıblar, lakin özlərinə lazım olanı tapmadıqdan sonra (görəsən nə axtarırmışlar-red.) Nağaraxana kəndindəS.Sadıqovayaməxsus evə gediblər. Bu mənzildə dəaxtarış apararaqdaşınmaz əmlakın mülkiyyət hüququna dair sənədləri götürüblər. Daha sonra birlikdəŞamaxışəhərində notariusa gedəcəklərini və orada “5 dəqiqəlik işləri olduğu”nu deyiblər.

Mülklərindən könüllü imtina etməsi üçün nəvəsi ilə təhdid ediblər

Şamaxırayon notariat kontorunda tanımadığı iki adam qadına yaxınlaşaraq hədə-qorxu gəlib, az sonra təqdim olunacaq sənədləri imzalamağı tapşırıb. Əks təqdirdəövladlarının sonunun ataları kimi olacağını deyib, nəvəsinin onlarda şəkli olduğunu və hansı məktəbə getdiyini də bildiklərini söyləyiblər. Səlimə xanım sonradan öyrənib ki, onlardan biri – Dəyanət Cəfərov AzTV sədri Arif Alışanovun bacısı oğlu, digəri isə işçisi Camal Nəbiyevdir. O, Dəyanət və Camalıəvvəlcədən tanımırmış, yalnız Şamaxı notariat kontorunda görüb. Dediyinəı görə, D.Cəfərov daözünü DİN BMCMİ-nin əməkdaşı kimi təqdim edib.

Həbsdə olan adam Alışanova etibarnaməni necə verdi?

S.Sadıqova deyib ki, bu təhdidlərdən qorxaraq notariusda ona təqdim olunan bütün sənədlərə qol çəkib. Bundan sonra Dəyanət vəözlərini DİN-in BMCMİ-nin əməkdaşları kimi qələmə verən digər şəxslərlə birlikdəŞamaxı rayon Polis şöbəsinə gəlib. Burada onlar keçmişəri Şücaət Əkbərov ilə görüşüb, onun yanında notariusun iştirakı iləŞücaətə də etibarnamə təqdim ediblər. Həbsdə saxlanılan adam etibarnaməni imzalamaqdan imtina etsə də, o da hədələr qarşısında qol çəkməyəməcbur qalıb. Təxminən 5-6 ay sonra məlum olub ki, C.Nəbiyevin adına alınan etibarnaməəsasında Nağaraxana kəndində və Mədrəsə qəsəbəsindəki evləri, Çuxuryurd kəndində yerləşən torpaq sahəsi Arif Alışanovun qızı NiğarƏlişanova və bacısı qızı Nilufər Cəfərovanın (etibarnaməni təhdidlə alan Dəyanət Cəfərovun bacısı) adına keçib. Bununla bağlı vəkili Rafaildən soruşsa da hüququnu müdafiə edən şəxs “qorxulu bir şey olmadığı”nısöyləyərək onu arxayın salıb. Lakin bir müddət sonra vəkilin mövqeyini dəyişərək Alışanovun tərəfinə keçdiyini anlayıb.

Polisin şahidliyində talan belə baş tutub

Zəruri qeyd:Əlimizdə S.Sadıqovanın söylədiklərinin iddia yox, fakt olduğunu sübuta yetirən altı alqı-satqı müqaviləsi var. Əmlakların satışı bu ilin yanvar-fevral aylarında – Əkbərovun həbsindən qısa müddət sonra aparılıb. Yanvarın 26-da imzalananAN-1 0604720 saylı daşınmaz əmlakın alqı-satqımüqaviləsinəgörə, Sadıqova SəliməƏnvər qızıŞamaxı rayonu Çuxuryurd kəndindəözünə məxsus 6.5429  ha torpaq sahəsini Nilufər Cəfərovaya 25 min manata satıb. Alqı-satqıda xanım özü iştirak etməyib, Sadıqovanı həmin vaxt Alışanovun yaxın qohumu, AzTVəməkdaşı Nəbiyev Camal Qədim oğlu etibarnamə ilə təmsil edib. Alıcı N.Cəfərovanın da vəkalətli nümayəndəsi Elyasov Bəxtiyar Süleyman oğlu olub.

O gün Əkbərov Şücayət Allahverdi oğlu da Çuxuryurd kəndindəözünə nəxsus 5.066 ha torpağı 25 min manata Nilufər xanıma AN-1 0604719 saylı müqavilə ilə“satıb”. “Satıb” sözünü ona görə dırnaqarasında yazdıq ki, Əkbərov həmin vaxt həbs edilmişdi və heç bir halda əmlakını sata bilməzdi və satmağa da ixtiyarı yox idi. Həbsdə ola-ola satıbsa, aşkardır ki, buna məcbur edilib. Bununla yanaşı, o, bir neçə gün qanunsuz olaraq polisdə saxlanıb və etibarnamə də ondan məhz həmin vaxt alınıb. Aydındır ki, əmlakın Alışanovun xeyrinə qanunsuz “müsadirə”si, yumşaq desək, polisin şahidliyi ilə aparılıb. Ş.Əkbərov bu ilin yanvarın 14-də həbs edilib və sözügedən müqavilələr onun həbsindən 12 gün sonraya “təsadüf” edir. Alqı-satqının Əkbərovun həbsindən dərhal sonra və heç bir hüquqi prosedur gözlənilmədən baş tutması zor tətbiq edildiyini və bir qrup məmurun səlahiyyətlərindən sui-istifadə edərək “özfəaliyyət”lə məşğul olduğunu söyləməyəəsas verir.Sadıqovanı da, Əkbərovu da alqı-satqıda etibarnamə iləAzTV sədrinin qohumu C.Nəbiyev təmsil edib. Üst-üstə 11,6 ha torpaq sahəsi üçün Nilufər xanım cəmi 50 min manat ödəyib. Halbuki, bu, Şamaxı kimi cənnət zonada indiki halda heç 1 hektarın qiyməti deyil. Bu satışdan ödənilən vergi isəcüzidir – 39.26 və 30.4 manat.

1.2 ha torpaq vur-tut 2 minə sənədləşdirilib

Fevralın 13-də dəAN-1 0604751 saylı müqavilə ilə Nağaraxana kəndində Sadıqovaya məxsus 0,11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 194.4 kv/m. yaşayış evi cəmi 28 min manata (25 min manat daşınmaz əmlak, 3 min manat torpaq sahəsi üçün) yenə Nilufər xanım tərəfindən alınıb. Nümayəndələr eyni adamlardır. Səlimə xanımın dediyinə görə, rəsmi sənəddə simvolik qiymətlər yazılsa da onlara qara qəpik dəverilməyib, mülklərəvəzsiz olaraq xanım Cəfərovanın mülkiyyətinəkeçib.

Fevralın 17-də imzalanan AN-1 0593297 nömrəli alqı-satqı müqaviləsi əsasında S.Sadıqova Samux şəhərində1.246465 ha şəxsi mülkiyyəti olan torpağı 2-cə min manata satıb. Alıcı məlum, N.Cəfərovadır. Qiymət bazar dəyərindən inanılmaz dərəcədə aşağı göstərildiyindən dövlətə ödənən vergisi də gülüncdür – 5.68 manat.

Fevralın 21-də bağlanan AN-1 0593312 nömrəli alqı-satqı müqaviləsi əsasında Samux şəhəri Z.Tağıyev küçəsində yerləşən Sadıqovaya məxsus 0,08 ha torpaq və həmin torpaqda ümumi sahəsi 200.6 kv/m. olan fərdi yaşayış evi də eyni qayda iləNilufərəötürülüb. 200 kv/m. mülkün satış qiyməti cəmi 12 min manat göstərilib və sahibinin dediyinə görə yenədə ona bir qəpik ödənməyib.

Salam verdikləri adamların da əmlakıqarət edildi

Bununla yanaşı, onların yaxınlarıZahirə Hüseynovanın Nağaraxana kəndindəki 5 ha ğı, Müsabi Namazovun rayonun Çuxuryurd kəndindəki ferması və Nağaraxanada olan evi Nilufərin adına keçirilib. Daha sonra Şamaxı rayonunun Mədrəsə kəndindəki mülkün sahibi AyselŞıxıyeva polis idarəsinə aparılıb, təzyiq altında atası Fazilin adına etibarnamə alınıb və sonuncu da ümumi sahəsi 271,1 kv/m.mülkünü məcburiyyət qarşısında AN-1 0604747 saylı, 8 fevral 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqımüqaviləsi iləAlışanovun qızı Nigar Əlişanovanın mülkiyyətinə verib. Mülk üçün 20 min manat, 0.22 ha torpağa görə də 5 min manat ödəniş edildiyi göstərilib.

Dayı qanunsuz əməllərinə qızlarından çox bacısı qızınışərik” edib

Əkbərovun həbsindən dərhal sonra xanım Sadıqovanın özünün və yaxınlarının əmlakının “su qiyməti”nə Alışanov ailəsinin nəzarətinə keçməsi, dediyimiz kimi zor tətbiqinin bariz sübutudur. Burada atanın qızlarını bir növ gələcək təhlükələrdən qoruduğu da gözdən qaçmır. Belə ki, əvvəlki illər Alışanovövladları Aynur və Nigarın adına çeşidli əmlaklar aldığı halda (bunları isbatlayan sənədlər bizdə mövcuddur-red.), Səlimə xanım və yaxınlarının əmlaklarını addan-ada ötürmək üçün daha çoxbacısı qızını istifadə edib,mənimsədikləriniəsasən Nilufərin adına keçirməklə belə bir qanunsuz əməldəməsuliyyəti əksər hallarda onunla bölüşüb.

O ki, qaldı rəsmiləşdirilən qiymətlərə, onlar bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı göstərilib.Nə hikmətdirsə, sahibkarlıqla məşğul olan, bazar qiymətlərini hər kəsdən yaxşı bilən Sadıqova Samuxuntam göbəyində1.2 ha torpağını vur-tut 2 min manata, 200 kv/m.-lik mülkünü cəmi-cümlətanı 12 min manata, Şamaxıda 6.5 ha ərazisini 25 min manata, eləcə dətorpaqların alqı-satqısı işində saçlarını ağartmışŞ.Əkbərov, əmlak işlərindən anlayışı olmayan Cəfərovaya 5 ha torpağınıcəmi 25 min manata demək olar ki, peşkəş ediblər. Niyə? Axı adam həbsdədir, həm də Nilufər xanımın dayısının şikayəti əsasında.Burada maraqlar konfliktinin mövcudluğu aşkardır.

AzTV sədri “Aqrolizinq”ə də “sataşıb”

S.Sadıqova həmçinin izahatında göstərib ki, AzTV sədri vəzifəsindən sui-istifadə edərək bu ilin yanvarın 17-dəŞamaxı rayonunda onun təsərrüfatında olan “Aqrolizinq” ASC-dən lizinq müaqaviləsinəəsasən alınmışkənd təsərrüfatı texnikalarını -AGS165 otbiçən (rotorlu), 5 gövdəli asma təkərl P5 kotan, LKS-FGWS yemqıran, LKS-FS 800 gübrəsəpən, “Lukas” stasionar elektrikli yemqarışdıran, 4 gövdəli təkərli P4 kotan, “Belarus-892” traktorunutalayaraq aparıb. Bu ilin avqust ayının 18-də“Aqrolizinq” ASC-dən pretenziya göndərilərək, ondan 4 455 manat ödəniş tələb edilib. Həmçinin fermer təsərrüfatında olan 46 baş iribuynuzlu, 200 baş xırda buynuzlu heyvan, 100-dən çox hind toyuğu, 300-ə yaxın toyuq-cücə, anbarlardakı tonlarla taxıl heç bir sənədləşmə aparılmadan Alışanovun göndərdiyi adamların vasitəsi iləəlindən alınıb.Ümumilikdə isə təkcə Sadıqovaya 4 milyon manatdan çox maddi zərər vurulub. Hazırda evlərinə gedə bilmirlər, polis dərhal başlarının üstünü alıb “özgə evidir”, deyərək onları oradan uzaqlaşdırır.

Prokuror müavini cənab Kərimov Cinayət Prosessual Məcəlləsinin 84 (Prokuror) və 207.5.3 (Məlumatı istintaq aidiyyəti üzrə göndərmək), 213 (Cinayət haqqında məlumatın istintaq və ya məhkəmə aidiyyəti üzrə göndərilməsi) və 215-ci maddələrini (Cinayət işləri üzrə ibtidai istintaqın aparılması)əsas tutaraq Şamaxı rayon Prokurorluğunda toplanmış 181C-17 saylı materialı Baş Prokurorluq vasitəsilə aidiyyəti üzə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilməsini qərara alıb. (Azadliq.info)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=109253

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031