Prokurorun məzarı başında şok ittiham: “Bəs şərəfinə and içirdin ki…” – VİDEO

05.01.2018 - 00:41

Azərbaycanda haqqı pozulduğunu iddia edən vətəndaş etirazını heç kimin ağlına gəlməyən formada edib. Cumhuriyyet.az criminal.az-a istinadən xəbər verir ki, həmin şəxs pulunu mənimsədiyini iddia etdiyi mərhumun məzarı başında dayanaraq onun ruhuna ittihamlar səsləndirir və bu mənzərəni videoya çəkir. Vətəndaş qəbiristanlıqda bir nəfərin məzarı başında dayanaraq pullarının həmin mərhum tərəfindən mənimsənildiyini iddia edir: “Bəs şərəfinə and içirdin ki, pullarımı qaytaracaqsan”.
Criminal.az bildidirir ki, videoda söhbət gedən mərhum Qaraxan Zülfi oğlu Ağayevdir. Həmin şəxs vaxtilə Xızı rayon prokuroru olub, həmçinin sabiq müdafiə naziri Rəhim Qazıyevin, eks-baş nazir Surət Hüseynovun və digər siyasilərin məhkəmələrində dövlət ittihamçısı kimi çıxış edib.
Q.Ağayev 9 dekabr 2016-cı il tarixdə saat 16 radələrində paytaxtın Sabunçu rayonu ərazisində faciəvi şəkildə ölüb. O, “Küləfirəngi” restoranının qarşısında təxminən 3 metr hündürlüyündə pilləkəndən yıxılaraq aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilib, dekabrın 21-də orada vəfat edib.
Q.Ağayevin oğlu İldırım Ağayev isə atasının qəsdən öldürüldüyünü idddia edirdi. O, mətbuata müsahibəsində demişdi ki, atasının ölümündə əsas şübhəli şəxs sabiq polis rəisi Nizami Tağıyevdir: “Atam həmin gün evdən Nizami Tağıyevlə görüşmək üçün çıxıb. Nizami Tağıyev atama zəng edib, görüşə çağırıb. Atam vaxtilə Xızı prokuroru, Nizami Tağıyev isə polis rəisi olub. Atamı xəstəxanada gedib gördük. Saytlarda yazmışdılar ki, guya atamı maşın vurub. Bir başqa saytda da yazılmışdı ki, guya atam yıxılıb. Əslində isə atam yıxılmayıb, avtoqəza da olmayıb. Nə baş verdiyini Nizami Tağıyev bilir. O da bizdən qaçır, gizlənir. Dekabrın 24-də Sabunçu Rayon Prokurorluğunun müstəntiqi ilə danışdım. Dedi ki, Nizami Tağıyevi tapıb dindirmişik”.
Sabiq prokurorun məzarı başında çəkilmiş vedionu təqdim edirik:

Short URL: http://www.cumhuriyyet.net/?p=109257

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31