Fazil Məmmədovun “kassiri” Eldar Mahmudovla əlbir olduğu üçünİSTİNTAQA CƏLB OLUNDU

15.01.2018 - 12:57
Keçmiş vergilər naziri Fazil Məmmədovun “kassiri” hesab olunan Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru, nazirin büdcə məsələləri üzrə müşaviri Habil Məmmədov da istintaqa çağırılıb.

Cumhuriyyet.net “ölkə.az”a istinadən məlumat verir ki, hazırda Habil Məmmədov vergilər nazirinin müşaviri olmasına baxmayaraq, adı Eldar Mahmudovla əlbir olmaqda hallanır.

İttihamlara görə, Eldar Mahmudov nazir olduğu dövrdə orta və böyük vergi ödəyiciləri haqqında məlumatlar ona Habil Məmmədov tərəfindən ötürülürmüş. Bundan sonra isə keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) həmin iş adamlarına qarşı əməliyyat keçirərək, onlardan külli miqdarda pul tələb edirmiş.

Habil Məmmədovun Eldar Mahmudovla şəxsi münasibətlərinin də yüksək səviyyədə olduğu deyilir. Məlumatlara görə, Eldar Mahmudov vəzifədən çıxarılandan sonra da Habil Məmmədov onunla münasibətləri kəsməyib.

Bütün bunların faktlığını təsdiq etmək üçün hazırda Habil Məmmədov istintaqa cəlb olunub. İstintaq ittihamları sübut edərsə, yaxın günlərdə Habil Məmmədovun da vəzifədən azad olunacağı gözlənilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=110011

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930