Bakıda avtomobil kirayəsi şirkəti borcunu ödəməkdən imtina etdi – GİLEY

16.01.2018 - 15:43

“Brend- Rent a car” avtomobil kirayəsi firması başqa bir şirkətin xidmətlərinə görə ödəməli olduğu pulu vermir.
Bununla bağlı Məhərrəm Vəliyev adlı şikayətçi “Ölkə.Az”-a müraciət edib.

Müraciətdə qeyd olunur ki, 2017-ci ildən “Brend- Rent a car” şirkəti kirayəyə verdiyi maşınların təmiri üçün “Toyota Eurostyle” şirkətinə müraciət edib.

Servis xidməti göstərən şirkət 6 ay ərzində “Brend” avtomobillərinin texniki qulluq və təmir işlərini görüb və öhdəliyini yerinə yetirib. Lakin qarşı tərəf bunun müqabilində ödəməli olduğu məbləği verməyib.

“Toyota Eurostyle” şirkətinin nümayəndəsi bildirib ki, avtomobil kirayəsi ilə məşğul olan bu şirkət 3480 AZN borcludur.
Müraciətdə iddia olunur ki, “Brend- Rent a car” şirkətinin rəhbəri Rəhman adlı şəxs şirkətin borclu olduğu pulu müxtəlif bəhanələrlə ödəməkdən imtina edir.

Şirkətin bu hərəkətləri barədə artıq aidiyyatı orqanlara da şikayət ərizəsi verilib.

Şikayətçi bildirib ki, faktiki olaraq “Brend –Rent a car” tərəfindən düşünülmüş fırıldağın qurbanı olub.

Məsələ ilə bağlı “Brand-Rent a car” şirkətinin də mövqeyini dərc etməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=110153

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31