Sumqayıt sakinlərinin 3 nömrəli avtobus dərdi – ŞİKAYƏT

20.01.2018 - 10:33

Son vaxtlar Sumqayıt şəhərinin nəqliyyatı sahəsində bir çox iş görülür. Bununla yanaşı isə hələ də şəhər sakinləri bəzi maşrutların fəaliyyətindən razı deyillər və bu tip şikayətlərdən biri də 3 nömrəli avtobusla bağlıdır.

Şikayətçi olan Sultan Əzimovun yazdıqlarını olduğu kimi sizə təqdim edirik: “Sumqayıt şəhərində 3 nömrəli marşrut avtobusları bərbad vəziyətdə işləyir. İstədikləri intervalı təyin edirlər. 20-25 dəqiqə intervalında gələn avtobuslar camaatı soyuq çöllərdə qoyur. Və avtobuslarda dəhşət sıxlıq olur, buna görə də heç kəs minə bilmir. Şirvan yaşayış massivindən, H.Zeynalabdin (Nasosnu) bazarı adlanan yerə (yol cəmi 3 km-dir) 15 dəqiqəyə hərəkət edirlər. 30-35 dəqiqə qəsəbənin daxilində vaxt öldürürlər yolda. Bilmirik hara şikayət edək. Gediş haqqını da 25 qəpik təyin ediblər. Qiymət artıq, keyfiyyət sıfır. Əvvəllər yaxşı idi, keçən ildən sonra isə hər şey dəyişdi”.

Qeyd edək ki, 3 nömrəli avtobus barədə şikayətçi tək Sultan Əzimov deyil. Digərləri də marşrut xəttinin intervalının çox olması barədə şikayətlərini bizə qeyd edirlər.
Məsələ ilə bağlı olaraq “Sumqayıt Nəqliyyat” MMC ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq belə, zəngimizə cavab verən olmadı. Aidiyyəti qurumun mövqeyini işıqlandırmağa hazırıq.//Xeberle.com

Short URL: http://www.cumhuriyyet.net/?p=110477

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31