Xanım sahibkardan Kəmaləddin Heydərova ittiham: “Məndən əl çəkin…” – VİDEO

13.02.2018 - 08:56

Əli və Nino kitab şəbəkəsinin sahibi Nigar Köçərli sosial şəbəkə vasitəsilə FHN naziri Kəmaləddin Heydərova müracitə edib. Müraciəti cumhuriyyet.az olaraq təqdim edirik: “4 il əvvəl Gilan Holdinqin nümayəndəsi məni Gilan Holdinqin mərkəzi ofisinə dəvət etdi. Sizin adınızdan dedi ki, “Əli və Nino”nu bizə verməlisən: “Əgər verməsən, biz fil, sən isə qarışqa – səni əzəcəyik”.
O vaxtdan “Əli və Nino”ya qarşı mənəvi terror başladı: gömrükdə problemlər, mağazalarımda gizli çəkilişlər, işçilərin doprosları, mətbuatda və sosial şəbəkələrdə əleyhimə kampaniyalar. Bu bəs etmədi, indi də “Əli və Nino” kitab dükanları mollardan çıxarılır. Sizin adamlar bizi bu dükanlardan qovur, yerində öz kitab dükanlarını yaradırlar.
Cənab Nazir, Mən dəfələrlə Tale Heydarova məktub yazmışam, amma heç bir nəticə olmayıb. Mən dəfələrə sizin köməkçilər vasitəsilə Sizə xəbər göndərmişəm. Heç bir nəticə olmayıb. Bəlkə də Sizin bunlardan xəbəriniz yoxdur. Mən kitab biznesinə 15 il əvvəl 600 dollarla başlamışam. Beynəlxalq təşkilatda işləyirdim, maaşdan qənaət etmişdim. O vaxt Bakıda yalnız 2 kitab dükanı var idi, digərləri bağlanmışdı.
Mollarda, ticarət mərkəzlərində kitab dükanları açdıq və kitab gənclərimizin həyatına qayıtdı. Bu gün bizim ardıcıl kitab təbliğatımız, parklarda keçirtdiyimiz endirimli kitab yarmarkalarının sayəsində oxucuların sayı xeyli artıb. Mütaliyə səviyyəsini artırmaq üçün Milli Kitab Mükafatı təsis etmişəm. Bununla da ədəbiyyat mətbuatın gündəminə qayıtdı. Biz bu işə görə heç kəsdən mükafat gözləmədik. Eyni zamanda bizə vurulan indiki qəddar zərbəni də gözləmirdik. Mən həmişə öz işimdən fəxrlə danışmışam. Çünki mən bu işi böyük sevgi və böyük zəhmət ilə qurmuşam.
Hörmətli cənab nazir!
Sizin ailə kitab biznesinə başlayanda düşündüm ki, nəhayət, Azərbaycanın ucqar yerlərində, heç bir kitab dükanı olmayan rayonlarda kitab dükanları və pulsuz ictimai kitabxanalar açacaqsınız. Oxu mədəniyyətinin inkişafına dəstək verəcəksiz. İmkansız insanlara pulsuz kitab paylayacaqsınız. Axı sizin imkanlarınız bizdən milyon dəfə böyükdür. Gözləntim özünü doğrultmadı. Görünür, kitabsız yerlərə getmək çətin oldu. Amma “Əli və Nino”nu bağlayıb, yerində öz kitab mağazalarını açmaq asandır.
Cənab Nazir, Tale Heydərov var gücü ilə və bizləri adam yerinə qoymadan, nifrətlə, saymazyana, dükanlarımızın bağlanmasına çalışır. Mənim qardaşım bir vaxtlar kredit götürməklə Göyçayda nar şirələri istehsal edən mini-zavod açmışdı. Sizin adamlar o zavodu onun əlindən zorla aldılar, qardaşım müflis oldu. O vaxtdan xeyli vaxt keçib. Belə çıxır ki, növbə mənə çatdı. Sizin oğlunuz mənim dükanlarımı əlimdən alır.
Mən sizə Azərbaycanda bizneslə məşğul olan tək-tük qadınlardan biri kimi müraciət edirəm. Əlbəttə, mənim arxamda böyük pullar və böyük adamlar yoxdur. Amma mənim arxamda, bir Azərbaycan qadınının böyük zəhməti, vicdanlı və halal əməyi durur.
Sizdən xahiş edirəm ki, öz adamlarınıza deyəsiniz ki, məndən əl çəksinlər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=112651

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031