Şahmat klubunun binası niyə banka verilib? – İDDİA

13.03.2018 - 13:05

Azərbaycan şahmatına böyük töhfələr vermiş Həmkarlar İttifaqı Respublika Şahmat və Dama Klubunu tanımayan çox az adam ola bilər.

Bir zamanlar Yasamal rayonu Şərifzadə küç. 75A-da yerləşən bu binada onlarla şahmatçı, Azərbaycanı dünyada tanıdan qrossmeysterlər yetişmişdi.
Cumhuriyyet.net Offsideplus.az-a istinadən xəbər verir ki, artıq klub bir neçə ildir həmin ünvanda fəaliyyət göstərmir. Çünki şahmat klubunun yerində “Bank Respublika”nın Yasamal filialı açılıb. Klub isə başqa ünvana köçürülüb.

Düşünmək olar ki, axı burada nə problem var? Şahmat klubu əvvəl bir ünvanda, sonra isə başqa ünvanda fəaliyyət göstərir. Ancaq kiçik araşdırma apardıqda məsələnin elə də sadə olmadığı görünür. Ölkənin bank sektorunda xüsusi çəkiyə malik olan “Bank Respublika”-nın gerçək sahibinin kim olduğunu düşündükdə Azərbaycanın tanınmış şahmat məktəbinin yerləşdiyi məkanın necə banka çevrilməsini anlamaq çətin deyil.

Short URL: http://www.cumhuriyyet.net/?p=115325

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31