Sayt rəhbəri Əli Həsənova müraciət etdi: “Yazarları qova-qova namərd edirlər…”

16.03.2018 - 18:33

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi
məsələlər üzrə köməkçisi Əli Həsənov cənablarına

Surəti: Mətbuat Şurasının Sədri,
millət vəkili Əflatun Amaşova

Hörmətli Əli müəllim!

Əvvəla Sizi arxada qalan doğum gününüz və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm. İnanıram ki, Türk-İslam dünyasında dostluq, barış və yeni həyat başlanğıcı kimi qəbul edilən bu bayram günlərində Sizə ünvanladığım bu məktubu da eyni amalla qəbul edəcəksiniz. Sizin Mətbuat Şurasının son qurultayında medianın bu günkü durumu və jurnalistlər üçün tövsiyyə xarakterli çıxışınız geniş rezonans doğurdu. Bu günkü jurnalistikanın məmurların təhdidi üzərində qurulmasının yolverilməzliyi və Azərbaycan hökumətinin yazarlara yaratdığı imkandan bəhrələnməsinin vacibliyini vurğulamağınız xüsusilə diqqət çəkdi. Bu mövqeni həm də, dövlətin mövqeyi kimi qəbul etdik.

Sözümü çox uzatmadan mətləbə keçərək bildirim ki, artıq neçənci dəfədir Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazı müsabiqəsinə qatıliram. Amma hər müsabiqə nəticələri elan olunarkən məlum olur ki, mənim hətta ən sonuncu yer tutmağım üçün 0,0X bal çatmayıb. Nəticələrdən narazılığımın kökü təvazökarlıqdan uzaq olub yazımın yüksək və əvəzedilməz səviyyədə olma iddiası ilə bağlı deyil. 1994-cü ildən, ilk yazımın dərc olunduğu zamandan üzübəri bu yaşımda da medianın fətholunmaz ümman olduğunu və  özümün də sıradan bir jurnalist olduğunu düşünmüşəm. Amma müsabiqə nəticələrində yer tutan bəzi yazılara diqqət etdikdə (bu sırada mənim də qoşulduğum müsabiqə bölmələrinə aid yazılar var) bu balları verən şəxslərin hansı kriteriyaları əsas götürdüyünə təəccüblənirəm.

Hörmətli Əli müəllim!

Bu məktubumda məqsəd mənim Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazı müsabiqəsində yer almamağımdan şikayət etmək deyil. Sadəcə, diqqətinizə doğurdan da qələmi və yazı bacarığı ilə dolanışığını təmin etməyə cəhd edən yazarlara qarşı adi bir müsabiqədə göstərilən münasibəti çatdırmaq istədim. Bu məktuba son müsabiqələrdə yer alan həmkarlarımın adını da əlavə edə bilərdim. O zaman aydın olardı ki, yazı başlıqları və yerlər qismən dəyişməklə adlar hər zaman təkrarlanır. Yəni doğurdanmı ölkədə bu müsabiqədə qalib olacaq ancaq bu yazarlar var? Mən özümə qarşı qiymətləndirməni siyasi mövqeyimlə də bağlamaq istəməzdim. Əvvəla, müsabiqədə çox böyük sayğım olan müxalif mövqeli yazarlar da yer tutur. Digər bir tərəfdən, azərbaycan iqtidar-müxalifət dialoqunun ilk təşəbbüskarı və buna nail olan şəxs kimi Sizin nəzarətinizdə olan bir prosesdə buna inanmaq çətindir. Hər halda ortada olan nəticə Sizin çıxışınızda göstərilən istiqamət üzrə hərəkət edən yazarları qova-qova namərd etməyə bənzəyir və bu məktubum da bundan irəli gələn narahatçılığımdır.

Ümid edirəm ki, fikirlərimi düzgün qəbul edib bu məsələyə diqqət ayıracaqsınız. Bir daha Sizi Bayram münasibəti ilə təbrik edir, Sizə can sağlığı və uzun ömür arzulayıram.

Hörmətlə Nəsimi Şərəfxanlı, Cumhuriyyet.az saytının baş redaktoru

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=115656

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930