Biabırçılıq: Bayram günləri Pirşağı qəbiristanlığına gedən yolu zibilxanaya çevirdilər
Bayram günləri Pirşağı qəbiristanlığına yaxınlarının məzarını ziyarətə gedənlər gördükləri mənzərədən şoka düşüblər. Pirşağı dəmiryolu stansiyasının qarşısından məzarlığa qədər ərazi zibilliyə çevrilib. Nəticədə qəbiristanlıq özü isə sahibsiz heyvanların məskəninə dönüb.
Bu barədə virtualaz.org saytına Pirşağı sakinləri məlumat veriblər. Onların sözlərinə görə, məzarların arasında uşaq bezindən tutmuş meyvə-tərəvəz qalıqlarına qədər hər cür tullantı olub. “Tullantılar vaxtlı-vaxtında daşınmır. Üstəlik yalnız yaxınlıqda yaşayanlar deyil, ətraf məhəllələrdən də bura zibil gətirib atırlar. Sahibsiz itlər isə tullantıları qəbiristanlıq ərazisinə daşıyır”,-sakinlər deyiblər.
Bayram günlərində qəbiristanlığa gələnlər ərazini zibilliyi yandırmaqla təmizləyib. Amma stansiyanın ətrafı hələ də zibillikdir.




Short URL: http://www.cumhuriyyet.net/?p=115967