Xaləddin İsgəndərov borclarını hələ də ödəməyib- ŞİKAYƏT

28.03.2018 - 15:50

Bir neçə gün əvvəl vəzifədən alındığı bildirilən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla bağlı redaksiyamıza daha bir şikayət daxil olub.

Elşad Qarayev adlı vətəndaşın AFN-ə ünvanladığı məktubda bildirilir ki, X.İsgəndərov vaxtilə Binəqədi rayonunda gördürdüyü tikinti işlərinin haqqını ödəməyib: “Tikinti işləri əsasən 9-cu mikrorayon və “Nəsimi” metristansiyası ətrafında aparılıb. Tikintiyə Xaləddin İsgəndərovun adamları Qaraş və Etibar adlı şəxslər nəzarət edirdi. Onlar həm işin gedişinə cavabdeh idilər, həm də maliyyə məsələlərinə. Bir müddət hamıya vaxtlı-vaxtında pul verildi, amma 2015-ci ilin martından hamının pulunu saxladılar. Bu gün-sabah veriləcək deyə-deyə hələ də verməyiblər. Sıravi fəhlələrlə bərabər firmaların, şirkətlərin də pulu saxlanıb”.
Qeyd edək ki, X.İsgəndərovla bağlı qeyd edilən problem haqda mətbuatda çox yazılıb. Müxtəlif şəxslərin şikayətləri işıqlandırılıb. Lakin icra başçısından heç bir reaksiya olmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=116310

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31