“Qusar fermerləri onun əlindən cana döyublar”- “Aqrolizinq”dən ŞİKAYƏT

07.04.2018 - 09:14

Fermer Xeyrulla Əliyev “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz Regional Nümayəndəliyinin Qusar bölməsindən şikayət edib.

Şikayətçi bildirib ki, nümayəndəlikdən dövlətin fermerlərə subsidiya kimi ayırdığı kübrəni, 1 aydır ki, ala bilmir:

“Nümayəndəliyin rəhbəri Həsrət müəllim mənə qarşı ayrıseçkilik edir. Dünən dedi ki, sabah gəl götür, mən də aparıb 1125 manat pul ödədim. Amma bu gün yenə də kübrəni ala bilmədim”.

“Qusar fermerləri onun əlindən cana doyublar” – X.Əliyev bildirib.

Fermer əlavə edib ki, dövlətdən kisəsini 9 manata almalı olduqları azot, daxili bazarda 12-13 manata satışa çıxarılır.

X.Əliyev “Aqrolizinq”in Qusar bölməsinin sədrindən bu gün Prezident İlham Əliyevə şikayət teleqramı vurduğunu da bildirib. (Azpolitika.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=117048

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728