“Lukoil” tanınmış eksperti məhkəməyə verdi – 5000 manatlıq təzminat davası

12.09.2018 - 10:26
“Lukoil-Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Azad İstehlakçılar Birliyinin sədri, tanınmış ekspert Eyyub Hüseynovu məhkəməyə verib.
BakuPost xəbər verir ki, buna səbəb ekspertin Nuranə Göktaş adlı sürücünün yanacaq doldurma məntəqəsi ilə bağlı şikayətini mətbuata ötürməsi olub. Belə ki, mart ayında N. Göktaş adlı xanım birliyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, R. Quliyev küçəsi 6 ünvanında yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində aldadıldığını bildirib. Qeyd edib ki, o, maşının çənini tam doldurub, buna görə ondan 56 manat pul alıblar. Sürücü operatora tam boş çənin 55 litr tutduğunu və bunun da dəyərinin 49,50 AZN etdiyini bildirib, artıq alınmış pulun qaytarılmasını tələb edib. Lakin ona “böyüklərdən heç kəs yoxdur” deyərək imtina ediblər.
E. Hüseynov qəbzi götürərək YDM-ə gedib, lakin problem yenə də həll olunmayıb. Bundan sonra birlik sədri şikayəti mətbauata ötürüb.
“Lukoil” şirkəti buna görə E. Hüseynova qarşı işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi iddiası qaldırıb. Azad İstahlakçılar Birliyindən dəymiş mənəvi zərərin ödənilməsi üçün 5000 manat miqdarında təzminat tələb edilir.


https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=122600

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930