Deputat: “Başqa məsələlərlə oynamaq olar!”

02.11.2018 - 13:53

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunlarının ikinci oxunuşunda aparılan müzakirələr zamanı deputatlar atributlara dəyişikliklərlə bağlı bir sıra təkliflər irəli sürüblər.

Modern.az-ın məlumatına görə, deputat Fəzail İbrahimli həmkarlarının təkliflərinə qarşı çıxıb. Deputat Fəzail İbrahimli bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan gerbinin və möhürünün təsdiq olunmasına iki dəfə cəhd edib.

“1919-cu ildə bu istək baş tutmadı. 1920-ci ildə növbəti cəhd oldu. Amma nakam qaldı, Cümhuriyyət süquta yetirildi. Onu biz etik”.

F.İbrahimli deyib ki, himndə Azərbaycanın təqdimatı, tarixi var.

“Bundan necə imtina etmək olar? Dünyada elə bir himndə varmı ki, millət öz canını qurban verməyə hazır olsun? Bunun harasını çıxartmaq olar? Bir dəqiqə ayaq üstə durmaq nə çətin məsələdir? Toxunmaq olmaz belə şeylərə! Xahiş edirəm bu məsələlərdən yan keçin, başqa məsələlərlə oynamaq olar!”.

Spiker Oqtay Əsədov isə “yan keçirik e, narahat olmayın, görürsünüzmü səsə qoyuruq” deyərək qanun layihələrini səsverməyə təqdim edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124185

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930