Rauf Arifoğlu: “Onlar dövləti və prezidenti aldadır” – Foto

01.12.2018 - 11:05

 

 

 

 

 

 

 

 

 

 

“Ankarada bizi bir tədbirə apardılar. Nəymiş, əfəndim? “Türkiyə – Azərbaycan münasibətlərinin gələcəyi” mövzusunda konfrans idi.

Təşkilatçılara bir baxın: AK Parti iqtidarına bağlı olan Siyasət, Ekonomi və Toplum Araşdırmaları Vəqfi! Onlarla bərabər, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM)!

Mövzu və təşkilatçıların adları möhtəşəm, tədbir biabırçı. Zal bomboş, Türkiyə mediası yox!”

Cumhuriyyet.net xəbər verir ki, bu sözləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu feysbukda yazıb.

R.Arifoğlu qeyd edib ki, Bakıdan gedən 15 media rəhbərini bəlkə də zalı bir az da olsun, dolu göstərmək üçün dəvət etmişdilər: “Bizdən başqa zalda 10-12 adam olardı… Təsəvvür edin, Musa Qasımlı danışır, bizsə onu dinləmək zorunda idik.

İşgəncə kimi bir şey…

Kimi aldadırıq? Nəyə lazımdır, bu oyuncaq konfranslar? Mən niyə Bakıdan Ankaraya gedib, Musa Qasımlını və SAM -çı Cavid Vəliyevi dinləməliyəm?

O konfransa yəqin ki, müəyyən qədər vəsait sərf olunub. Amma nə üçün? Axı, hamı şahid oldu ki, tam boşuna bir tədbir idi. Nə media vardı, nə də dəvətlilər. Türkiyə Avropa deyil ki, oraya dəvət məsələsində problem ola. Deməli, işləməyiblər, sadəcə, fiksiyadır!

SAM rəhbəri Fərhad Məmmədov və digər məsuliyyətli şəxslər bu biabırçılığa cavab verməlidir. Onlar dövləti və prezidenti aldadırlar. Və bizə də bir üzr borcludurlar…

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125131

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930