Səfər Mehdiyev “Broker Əbülfəz”ə yüksək vəzifə verdi – Eksklüziv

07.12.2018 - 12:35

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna yeni rəis təyin edib.

Cumhuriyyet.net-in əldə etdiyi eksklüziv xəbərə görə, DGK sədri bu vəzifəyə “Broker” MMC rəhbəri Əbülfəz Məlikovu gətirib.

Ölkənin baş inhisarçısı kimi tanınan, adı qaçaqmal, gömrükdə iş adamlarının dərisini üzməkdə hallanan Ə.Məlikov illərlə gömrükdə qeyri-leqal gəlirlərin əldə olunmasında əsas fiqurant olub.

Maraqlıdır ki, ötən ay DGK sədri “Abşeron” gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu haqda report.az xəbər yaymışdı.

S.Mehdiyev gömrük nəzarətinin daha səmərəli təşkilinə dair tapşırıq və tövsiyələrini verib. Görünür ki, “Abşeron” postunun rəisinin fəaliyyəti onu qane etməyib.

Lakin onun yerinə təyin edildiyi bildirilən Ə.Məlikov da “az aşın duzu” deyil və hətta həbsdə olan MTN generalı Akif Çovdarova “peredaça” daşınmasında belə ittiham olunub.

Halbuki, S.Mehdiyev gömrük şefi təyin olunanda ondan kadr islahatlarında, gömrükdə şəffaflığın təmin olunmasında real işlər görəcəyi gözləntisi olanlar var idi.

Cumhuriyyet.net xatırladır ki, komitə sədri adı kərə yağı monopoliyasından tutmuş təkər biznesinə qədər hallanan, brokerləri gömrükdə sahibkarları soğan qabığı kimi soyan Ə.Məlikova Abşeron gömrük postu rəisi postunu hədiyyə etməklə bu gözləntilərin üzərindən xətt çəkdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125355

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031