32 milyonluq işdə adı keçən Vahid Rzayev yenə vəzifədə

08.01.2019 - 09:58

“Qarabağ Aqrar Sənaye Müəssisəsi”yaradılan zamandövlətdən 32 milyon manat güzəştli kredit almışdı

Cahan.info xəbər verir ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən üst-üstə ayrılan bu vəsait ciddi nəticələr əldə etməyə hesablanmışdı.

“Qarabağ Aqrar Sənaye Müəssisəsi”ndə 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücünə malik ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal edən zavod planlaşdırılırdı.

Amma sən saydığını say, gör müəssisənin direktoru Vahid Rzayev nə sayır. Məlum olub ki, bu illər ərzində V.Rzayev 32 milyonun böyük bir qismini həzm-rabedən keçirib.

Bu barədə azfakt.com-un araşdırma məqaləsində qeyd olunub. Kompleksdə bu gün çəkisindən asılı olmayaraq üst-üstə 600 baş heyvan yoxdur. V.Rzayev dövləti aldadıb.

Həmin dövrdə kənd təsərrüfatı naziri Heydər Əsədov idi. İnam Kərimovun nazir təyinatından sonra V.Rzayev onun gözünə görünməməyə çalışıb, gizlənməkdədir.

Buna səbəb güzəştli kreditlərin mənimsənilməsi, vəsaitlərin yoxa çıxması, əvəzində heç bir iş görülməməsidir. Buna görə müəssisə böhran yaşayır və dövlətə krediti ödəmir.

V.Rzayevin bu talançılıq fəaliyyəti nəticəsində “Qarabağ Aqrar Sənaye Müəssisəsi” işlək olmayan, ölü bir kombinata çevrilib.

Azfakt.com yazmışdı ki, Vahid Rzayev bir müddət öncə kredit öhdəliklərini yerinə yetirə bilmədiyinə görə direktorluqdan uzaqlaşdırılıb.

Onun yerinə isə Əhməd adlı türk mütəxəssis təyin olunub.

Əhməd gələr-gəlməz audit aparılıb, yeyinti faktları aşkarlanıb. Auditin nəticəsiBakıya təqdim olunub. Amma onun təftişi Bərdədə yerli məmurları qane etməyib.

Ona görə müxtəlif yollara əl ataraq, yenidən Vahid Rzayevin direktor postuna qaytarılmasına nail olublar. Görünür, onun dağıdıcı fəaliyyəti daha sərfəli olub.

Beyləqan-Yevlax magistral yolunun kənarında inşa edilən kompleksin inkişafı üçün ətrafında 1 metr boş torpaq sahəsi yoxdur. Müəssisənin inkişafını kompleksin önündən keçə magistral və Yuxarı Qarabag kanalı, arxadan isə “şor kanal” əngəlləyir.

Son dəfə kompleksə gələn sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov da buradakı vəziyyətin bərbadlığını, ərazinin kompleksə görə çox kiçik olduğunu Vahid Rzayevin nəzərinə çatdırmışdı.

İddialara görə, Vahid Rzayev “Qarabağ Aqrar Sənaye” kompleksinə rəhbərlik etməklə yanaşı həm də, rayondakı sahibkarla aşağı faizlərlə böyük məbləğlərdə pul verir.

Halbuki ilkin mərhələdə 4200 baş heyvan olan bu müəssisədə mütəxəssis hesablamalarına görə hazırda 9 mindən artıq heyvan olmalıydı.

İlkin vaxta 4200 baş alınası heyvanın heç üst-üstə 1000 ədədi alınmayıb. Əvəzində rəsmi sənədlərdə müəssisənin rəhbəri Vahid Rzayev göstərilən rəqəmlərə qol çəkib.

Od qiymətinə Avstriyadan gətirilmiş bu heyvanlara ilk günlər istisna olmaqla sonradan heç bir ixtisaslı baytar nəzarəti olmayıb. Heyvanların böyük əksəriyyətinin elə ilk aylarda tələf olduğu deyilir.

Bütün bunlardan varlanmış, yenidən vəzifəyə qaytarılmış, yerli məmurlarla əlbir olub müəssisəni dağıtmış V.Rzayevin obyektləri, bahalı maşınları, dəbdəbəli evləri var.

Bu gedişlə yeni nazir İnam Kərimovun Bərdəyə gəlməsinə, təftiş aparmasına cidid şəkildə ehtiyac olacaq. Qarşı tərəflə əlaqə saxlamağa çalışsaq da, baş tutmadı.  Onun mövqeyini dərc etməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126207

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930