“Səba” bu dəfə Türkiyədən vuruldu – Sensasion araşdırma…

01.02.2019 - 09:27

“Səba” broyler toyuqları haqda həyəcanlı xəbərlər gəlməkdədir

Cahan.info yazır ki, istehlakçılara bu məhsullardan uzaq durmağa çağırş edilir.

Zaman-zaman haqqında neqativ xəbərlər yayılan “Səba” bu dəfə Türkiyə üzərindən vuruldu. Firmanın GMO məhsullarından istifadə etdiyi açıqlandı.

Türkiyədə fəaliyyət göstərən Qida Məhsulları və İstehlakçı Mallarının Sertifikasiyası və Nəzarəti Assosiasiyasının (GIMDES) sədri Hüseyn Kami Böyüközer Azərbaycanın tanınmış broyler şirkətlərindən birinin bəslədiyi toyuqlara geni modifikasiya olunmuş (GMO) qarğıdalı yedirtməsi ilə bağlı qalmaqallı açıqlaması aləmi qarışdırıb.

Böyüközər açıqlamasında hazırda mövcud olan peyvənd və bir sıra dərmanların beynəlxalq dərman mafiyasının əlində olduğunu deyib.

O, bir neçə il əvvəl Azərbaycanın tanınmış broyler şirkətlərindən birinin də yetişdirdiyi toyuqlara GMO yemlər yedirtdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycanın yerli broyler şirkətlərindən biri GIMDES-ə müraciət edərək halal sertifikatı almaq istəyib. Prosedura uyğun olaraq bir qrup nümayəndə heyəti araşdırma aparmaq üçün Azərbaycana yola düşüb.

Kəsim otağından tutmuş toyuqların yetişdirildiyi fermaya qədər hər yerə baş çəkilib, toyuqlara verilən yemlər yoxlanılıb.

Virtualaz.org-un məlumatına görə, Azərbaycandan Assosiasiyaya ilk müraciət edən şirkətlərdən biri “Səba” (“Dəvəçi broyler”) olub.

Lakin şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, fabrikin məhsulları bir neçə il dalbadal bu sertifikatı alıb, şirkət imtina cavabı almayıb.

Cahan.info iqtidar qəzeti olan kaspi.az-a istinadla yazır ki, Səba” İstehsalat Birliyi bəslədiyi toyuqlar üçün xaricdən alınan yemin çox baha başa gəldiyini nəzərə alaraq “Monsanto” şirkətinin hibrit qarğıdalı sortunun yetişdirilməsinə başlayıb.

Məlumata görə, artıq Ağsunun Ləngəbiz kəndindəki 320 hektarlıq qarğıdalı sahəsində biçin başlanılıb. Biçin aparılan sahənin hər hektarından 130-140 sentnerdən qarğıdalı məhsulu götürülür ki, bu da respublikanın orta göstəricisindən 3 dəfə çoxdur.

“Səba” digər quşçuluq təsərrüfatlarından fərqli olaraq, özü üçün ilk dəfə yem istehsalına başlamaqla məhsulun maya dəyərini aşağı salmağı və bazarda öz brendi altında satışa çıxarılan toyuq ətinin qiymətini endirməyi hədəfləyib.

Məlumata görə, ABŞ-ın “Monsanto” şirkətinin hibrit qarğıdalı sortu “Səba” istehsalat müəssisəsinin sifarişi əsasında “Qarabağ-taxıl” MMC tərəfindən əkilib.

Onu da bildirək ki, “Səba” şirkətinin bu layihəsinin maliyyələşdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondundan 5 milyon manat güzəştli kredit ayrılıb.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova da çıxışında GMO-dan danışmışdı: 

“Mən bir müddət öncə Zakir müəllimlə (“Səba” İstehsalat Broylerin direktoru) ünsiyyətdə dedim ki, “siz toyuqlara yem kimi nə verirsiniz? O, qidaları sadalayaraq gəlib çıxdı soya ununa.

Dedim, salamün-əleyküm, gəlib çıxdıq mətləbə, soyanı haradan gətirirsiniz. Dedi ki, Argentinadan. Argentinada isə yalnız GMO tərkibli soya istehsal edilir.

Sizə sübut edə bilərəm ki, yediyiniz hər hansı soya tərkibli ərzaqlar, hətta ət məhsulları belə genetik təsirlərə məruz qalır.

Adicə bitki yağlarına da soya yağı qatılır ki, bu da onun qiymətinin ucuz olmasına gətirib çıxarır. Həmin ucuzluq da başımıza oyun açır”.

İddiaya görə 2013-cü ildə “Səba” Broylerdə təxminən 200 mindən çox toyuq «nyukasl» xəstələyindən tələf olub və bu toyuqlar müəssisə rəhbərliyninin tapşırığı ilə satışa çıxarılıb.

Cahan.info mediaya istiandla xatırladır ki, «nyukasl» xəstəliyi toyuqlarda yaranan ən aktiv xəstəliklərdən biridir və bu xəstəliy yalançı taun, atipik taun, asiya taunuda adlanır.

Bu xəstəlik toyuqların respirator və visseral orqanlarının, mərkəzi əsəb sisteminin zədələnməsi nəticəsində yüksək tələfat verməsi ilə səciyyələnir.

Hətta peyvənd olunmuş toyuqlarda belə virus 43 gündən sonra xəstəlik törədə bilir. Ölüm halları isə 60-70 faizə qədər ola bilir.

Beyləqan rayon sakini Şirinov Qoşqar İsrail oğlu ölkə rəhbərliyinə şikayət edərək “Səba Broyler” şirkətinin rəhbəri Namiq Quliyevin onun ailəsinə dövlət tərəfindən ayrılmış vəsaiti mənimsədiyini iddia edirdi.

Qoşqar Şirinov iddia edirdi ki, 5 ildir Beyləqan rayon mərkəzinə yaxın bir ərazidə vaxtı ilə dövlət tərəfindən onlara icarə əsasında verilmiş 16 ha torpaq sahəsinin 14 ha hissəsini Namiq Quliyevi taxılçılıq adı altında onlardan alıb.

Belə ki, “Qarabağ Taxıl” MMC “Qoşqar” kəndli təsərrüfatından 14 hektar ərazini alıb. Ancaq aldığı torpağa görə, ödəməli olduğu kompensasiyanı vətəndaşa ödəməyib.

“Səba Broyler” şirkətinin rəhbəri Namiq Quliyev Bank Respublikanın prezidenti Natiq Quliyevin qardaşıdır.

Namiq Quliyevin vətəndaşları aldatması barədə ölkə mediasında dəfələrlə müxtəlif şikayətlər səsləndirilsə də şirkət rəhbəri bunlardan nəticə çıxartmayıb.

Mətbuatda olan ən son məlumata görə, “Bank Respublika”nın səhmdarları Quliyev Natiq Saday oğlu (16,66%), Quliyev Elçin Saday oğlu (15,17%), Quliyeva Sevda Saday qızı (14,5%), Quliyev Saday Əsəd (14,36%), Quliyeva Mariya Heydər qızı (14,07%), “Deutsche Investitions-und Entwicklungsgesellschaft (DEG)” (16,67%), “Sparkassen International Development Trust” (8,33%) və digərləridir.

Ən böyük səhmdarın nümayəndəsinin bankda bir nömrəli vəzifədən uzaqlaşdırılması Bankda səhmdar paylarının dəyişəcəyinə işarə edir. Bu bankın əsas sahibi Mərkəzi Bank sədri Elman Rüstəmov olduğu deyilir.

Mediada Füzuli rayonundan olan bir qrup məcburi köçkünə məxsus Haramı düzündə “Səba Broyler”ə verilmiş torpaq sahələrində sakinlərə çatacaq kompensasiyanı şirkət rəhbəri mənimsəməsi ilə bağlı şikayətlər yer almışdı.

Həmin şikayətlərdə iddia olunurdu ki, Namiq Quliyev “Azərsu” ASC prezidenti Qorxmaz Hüseynovun oğlu ilə Haramı düzündə şərikli torpaq sahələri əkib.

Xatırladaq ki, “Səba” ticarət nişanı “Dəvəçi Broyler” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126640

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2019
BE ÇA Ç CA C Ş B
« Yan    
 123
45678910
11121314151617
18192021222324
25262728