Güzəştlər təkcə dollar kreditlərinə olmayacaq: Manatla borcu olanlara şad xəbər

27.02.2019 - 23:12

Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə vətəndaşları narahat edən problemli kreditlərin həllinə dair göstəriş verildiyini bildirib. Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oyanacağını vurğulayıb.
Hökumətdəki mənbə problemli kreditlərlə bağlı Modern.az-a bəzi detallar barədə danışıb: “Ölkə başçısının müvafiq göstərişinə əsasən, problemli kreditlər məsələsinin həlli istiqamətində hökumət üzvləri tərəfindən keçən ildən başlayaraq çox fəal iş aparılır və təkliflər paketi hazırlanıb. Bu məsələ ətrafında ciddi problemlər var. Elə adam var ki, bankdan 3 min dollar, eləsi də var ki, 50 min dollar kredit götürüb. Məhz kreditin məbləğinə uyğun olaraq vətəndaşa güzəştlər ediləcək”.
Hökumətdəki mənbə onu da deyib ki, güzəştlər təkcə dollarla olan kreditlərə şamil edilməyəcək: “Manatla götürülən kreditlərə də güzəştlərin tətbiq edilməsi gözlənilir. Yaxın günlərdə hamı bu məsələ ətrafındakı müsbət dəyişikliklərin şahidi olacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127116

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930