Beytulla Hüseynovdan Eldar Mahmudov aşıqlaması: “Heç ehtiyacım da yoxdur”

21.03.2019 - 23:26

Prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxanlar arasında “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov da var. Qeyd edək ki, “MTN işi” çərçivəsində həbs edilən Beytulla Hüseynov sabiq nazir Eldar Mahmudovun ən yaxın adamlarından biri sayılıb. Gununsesi.org-a eksklüziv açıqlamasında Beytulla Hüseynov azadlığa çıxdığı üçün ölkə başçısı İlham Əliyevə təşəkkür edib: “Mən cənab prezidentə minnətdaram ki, məni əfv etdi”.

Gühanının olub-olmamasına dair suala cavab verən Beytulla Hüseynov bunları deyib: “Günahımız olmasa həbsə girməzdik. Demək, günahımız olub ki, bu da başımıza gəldi. Mən heç kəsə həbs həyatı arzulamazdım”. “Sabiq MTN şefi Eldar Mahmudov azadlığınız münasibəti ilə sizi təbrik etdimi” sualına Beytulla Hüseynov belə cavab verib: “Xeyr, məni təbrik etməyib. Ondan bunu da gözləmirəm və heç ehtiyacım da yoxdur”. “AzPolitika.info” onu da əlavə edir ki,  “Rabitə işi”nə görə həbsə alınmış Beytulla Hüseynov Eldar Mahmudovun yaxın qohumudur. Onun Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyinatı da məhz Eldar Mahmudovun sabiq rabitə naziri Əli Abbasova təzyiqləri nəticəsində baş tutmuşdu. Əli Abbasov “MTN işi” üzrə istintaqda ifadə verərkən bir daha təsdiqlənmişdi ki, Beytulla Hüseynovu Eldar Mahmudovun təkidi ilə baş direktor vəzifəsinə təyin edib.

beytulla-350x200

Əli Abbasovun generallar  Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və digər MTN əməkdaşlarının işi üzrə ibtidai istintaqda dediklərindən sitat: “Ardıyca da Eldar Mahmudovun təkidi ilə Beytulla Hüseynovu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı əmr verdim. Təxminən 6 ay sonra Beytulla Hüseynovun təşkilatçılığı ilə Eldar Mahmudovla ona məxsus “Kristal Plazada” yerləşən restoranda görüşüb birlikdə yemək yedik. Daha sonra Eldar Mahmudovun xahişi ilə əmisi oğlu Mahmud Mahmudovu 2008-ci ildə “Azərpoçt MMC”-nin tərkibində olan “Mərkəzi xüsusi rabitə idarəsinin” direktoru vəzifəsinə təyin etdim. Eyni zamanda beynəlxalq rabitə kanalları ilə əlaqənin bilavasitə Eldar Mahmudovun xahişi ilə onun təklif etdiyi “Catburg” şirkəti vasitəsilə həyata keçirildi”.

Beytulla Hüseynovun təyinatı Eldar Mahmudova hər kəsi, ölkənin rəhbər şəxlərini belə dinləməyə imkan verib. Ona görə də Eldar Mahmudov Beytulla Hüseynovun həbsinə imkan verməməyə çalışırdı. Lakin o həbs olunsa da, sonradan cəzası azaldıldı, bir neçə gün əvvəl isə adı əfv sərəncamına salındı.  Xatırladaq ki, Beytulla Hüseynovla bağlı birinci instansiya məhkəməsinin verdiyi hökmdə onun dövlətə 21 milyon manatdan çox ziyan vurduğu əksini tapmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Beytulla Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan onun vurduğu ziyanın həcmi 10 milyona qədər azaldılıdı.

Hətta Beytulla Hüseynovun məhkəmə dövründə dövlətə vurduğu 10 milyon manatlıq ziyanı tam ödədiyi açıqlandı. Bakı Apellyasiya Məhkəməsi də “bunu nəzərə alaraq” onun cəzasını 7 il 6 aya endirdi. Apelyasiya instansiyası məhkəməsi 2017-ci ilin axırlarında qəbul etdiyi qərarla mümkün olan qədər cəzanı yüngülləşdirmiş və Beytulla Hüseynovun azadlıqdan məhrum etmə müddətini 7 il 6 aya kimi endirmişdi.

Ancaq narazı qalan Beytulla Hüseynov məhkəmə qərarından kassasiya şikayəti vermişdi. Üzərindən 1 il keçsə də şikayətə baxılmırdı. Bu il yanvarın 16-da isə məhkəmədə məlum olmuşdu ki, Beytulla Hüseynov fikrini dəyişib və şikayətini geri götürüb. Bu barədə Ali Məhkəmədə sabiq vəzifəli rabitəçilərin işinə baxan hakim Əli Seyfəliyev məlumat vermişdi. Görünür bu da təsadüfi olmayıb. Ona əvvəlcədən adının əfv siyahısına salınacağı vəd edilib.  

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127421

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930