7 min manata göz dikən dörd deputat: “Axı necə ola bilər ki…”

22.03.2019 - 11:47

“Milli Məclis üzvünün rəhbərlik etdiyi QHT-lərə səs verdiyi büdcə hesabına maliyyələşən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından qrant ayırmaq maraqlar münaqişəsidir”.   Bu fikirlər iqtisadçı ekspert Qubad İbadoğlunun “facebook” səhifəsindən paylaşdığı yazıdan götürülüb.

Ekspertin yazısında daha sonra bildirilir: “Azərbaycan həqiqətən analoqu olmayan ölkədir. Bu günlərdə açıqlanmış Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin qaliblərinin siyahısına nəzər salanda ən azında 4 deputatın adı ilə rastlaşdım. Baxmayaraq ki, deputatların əsas işi qanun yaradıcılığı olmalıdır, amma mən yenə də onların qeyri-hökümət təşkilatlarına (QHT) rəhbərlik etmələrində qəbahət görmürəm.

Amma, Milli Məclis üzvünün rəhbərlik etdiyi QHT-lərə səs verdiyi büdcə hesabına maliyyələşən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından qrant ayırmaq maraqlar münaqişəsidir. Axı necə ola bilər ki, səs verdiyin büdcədən qəbul olunandan sonra da qrant alasan. Adı siyahıda keçən bəzi deputatların həqiqətənmi 7 min manat qranta ehtiyacı var? Məgər, 7 min manata görə ölkənin qanunlarını pozmağa dəyərmi?

Digər tərəfdən də layihənin seçilməsinə məsul olanlar və bu qərarı verənlər bilmirlər ki, açıq maraqlar münaqişəsi yaradan layihələrə illərdir ki, dəstək verməklə hüquqi dövlət qurmaq olmaz. Maraq münaqişəsi yaradan layihələr yalnız Milli Məclis üzvlərinə deyil, həm də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlərinə ayrılan qrantlardır. Çünki, ikincilər də rəhbərlik etdikləri təşkilatlara qrant verilməsi ilə bağlı qərara özləri də səs verirlər.
Qanunun aliliyinə hörmət etmək lazımdır, cənablar!”

54514435_10216601267095871_5279560704335020032_n

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127458

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2019
BE ÇA Ç CA C Ş B
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930