Rafiq Əliyev ərəb iş adamına 1,6 milyon dollar “atıb”

07.04.2019 - 23:38

Bakıda “İrşad” otelini tanımayan yoxdur. Şəhərin mərkəzindəki bu xudmani mehmanxana xüsusilə ərəb ölkələrindən gəlmiş turistlərin sevimli məkanıdır. Ola bilsin ki, burada həmin otelin sahibinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keşmiş sədri, məşhur ilahiyyatçı alim Rafiq Əliyevin olması da öz sözünü deyir. Əvvəllər söz-söhbət gəzirdi ki, otel bu sahənin ölkədə inkişafı üçün nəzərdə tutulmuş pullara tikilib. Lakin bu əhvalatın təfərrüatları ictimaiyyətə məlum deyildi. Onlar barədə virtualaz.org-a Dubayda yaşayan iş adamı İsa Məhəmməd Salihin oğlu danışıb.

İsa da ilahiyyatçı alimdir və 1996-cı ildə namizədlik disertasiyasını müdafiə edib. Elmi rəhbəri isə Rafiq Əliyev olub. Elə həmin vaxt tərəflər Bakı İslam Universitetinin (hazırda İlahiyyat İnstitutudur) tələbələri üçün yataqxana tikintisi barədə razılığa gəliblər. Yeni layihədə paylar haqqında danışılıb və bu işdən gəlir götürmək də nəzərdə tutulub. Tərəflərin öhdəlikləri 14 iyun 1997-ci ildə imzalanmış müqavilədə öz əksini tapıb.

İşin bitdiyini hesab edən İsa vətəninə yollanıb və əmin olub ki, POWELLINDASTRIES Gmbh şirkətinin timsalında Azərbaycan tərəfi obyekti müqaviləyə uyğun tikib istifadəyə verəcək. Ərəb tərəfi yalnız vaxtlı-vaxtında maliyyə dəstəyi göstərməli idi. Şirkətə rəsmi olaraq Rafiq Əliyevin qızı başçılıq etsə də, bütün məsələləri Dövlət Komitəsinin keçmiş sədri özü həll edirdi.

“İrşad” otelinin açılışı

Dubaylı iş adamının 1,6 milyon dollarlıq obyektin yerində yataqxana əvəzinə otelin tikildiyini bilib-bilməməsini söyləmək çətindir. Lakin müqavilədə “İrşad” İslamşünaslıq tədqiqatları mərkəzi kimi göstərilir. Əslində isə elə ilk günlərindən o, otel kimi fəaliyyət göstərməyə başlayıb.

Düzdür, iki il ərzində ərəb iş adamı mütəmadi olaraq gəlirdən öz payını alıb. Bu müddət ərzində onun hesabına 190 min dollar köçürülüb. Lakin 2002-ci iıdən bu ödənişlər dayanıb, o vaxtdan Əliyevin telefonu da dubaylı iş adamının üzünə bağlanıb.

İsa Məhəmməd Salih Bakıya gələrək məsələləri burada həll etmək istəyib, lakin onu başa salıblar ki, bu cür yüksək vəzifəli adamla münaqişəyə girməyə dəyməz.

Sonradan iş adamının oğlu Rafiq Əliyevlə görüşmək fikrinə düşüb. Lakin Əliyev qonağın dalınca maşın göndərəcəyinə söz versə də, sonradan zənglərə cavab verməyib. Bir qədər sonra DİN-ə verilmiş ərizənin nəticəsi olaraq iş adamını oğlu ilə birlikdə qəbul etmiş müstəntiq Fikrət Məmmədov da telefon zənglərinə cavab verməyib. İlk zəngdən sonra şikayətçiyə bildirilib ki, Rafiq müəllimlə danışıblar və tezliklə bütün anlaşılmazlıqlar həll ediləcək. Lakin sonradan əlaqə kəsilib.

Redaksiyamızdan olunan zəngə cavab olaraq Fikrət müəllim deyib ki, işdə cinayət tərkibi olmadığı üçün o, konsulluğa göndərilib və mülki iş kimi məhkəməyə müraciət edilməlidir. “Booking” otelin xidmətlərini təklif edir, islam mərkəzi barədə heç bir məlumat verilmir

Lakin Fikrət müəllim bir məsələni dəqiqləşdirməyib ki, maliyyə mübahisələri müəyyən vaxt keçdikdən sonra əhəmiyyətlərini itirirlər. Başqa sözlə, 20 ildən sonra dubaylının məhkəməyə müraciət etməsinin mənası yoxdur. Lakin işin təfərrüatları ilə tanış olduqda orada cinayət tərkibi tapmaq elə də çətin iş kimi görünmür. Təcrübəli müstəntiqlə bu barədə mübahisə etmək istəməzdik, amma bu iş bir çox halları ilə vəzifəli şəxs tərəfindən xarici investora qarşı dələduzluğa bənzəyir. Bu yerdə Prezident İlham Əliyevin məhkəmə-hüquq islahatları ilə bağlı bu günlərdə imzaladığı fərmanı da yada salmaq yerinə düşərdi.

Düzdür, biz özümüz də inanmaq istəmirik ki, Rafiq Əliyev kimi hörmətli alim adicə dələduz imiş. Lakin hər bir iş ətraflı öyrənilməli və ictimaiyyətə bununla bağlı dəqiq məlumat verilməlidir. Əks halda, bu cür hadisələr həm Dövlət Komitəsinin keçmiş sədrinin, həm də Azərbaycanın hüquq-mühafizə orqanlarının fəaliyyətinə kölgə salır…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127772

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031