Bərdədə tarix yazan icra başçısı: Vidadi İsayevin Vətənə Xidmət örnəyi

19.04.2019 - 07:35

Əziz oxucu! Bir az toxta, dur! məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Cumhuriyyet.az olaraq Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən-Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayevdən bəhs edəcəyik. Həm də məmur olaraq yox, MÜƏLLİM bildiyimizə bu günlərdə ölkə rəhbəri tərəfindən verilən yüksək qiymət və doğum günü münasibəti ilə təbrik əvəzi olaraq gördüklərimizi, bildiklərimizi təqdim edəcəyik. Amma ilk öncə qısa
Tərcümeyi-hal:
İsayev Vidadi İsa oğlu 18 aprel 1959-cu ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. 1980-1985-ci illərdə Ağdaş rayon Qaradeyin kənd orta məktəbində tarix müəllim, 1986-2004-cü illərdə Mərkəzi Dövlət Arxivinin Yevlax filialının müdiri, 2004-2005-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini, 2005-2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 3 mart 2011-ci il tarixli Sərəncamı ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə “Əmək” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2019-cu il tarixli Sərəncamı ilə “Vətənə xidmətə görə” ordeni təltif edilmişdir. Çoxlarının icra başçısı olaraq tanıdığı V.İsayev tarix elmlər doktoru, yazıçı-publisistdir. Yazıçı-publisist olaraq “Hardan gəlir bu köç?”, “Yevlax sənədlərdə və yaddaşlarda”, “503-cü eşalon”, “Ağ işıq” (povest), “Ədəbi İrəvan-2007” adlı kitabların müəllifi kimi tanınan Vidadi İsayev
Yeganə icra başçısıdır ki…
Yuxarıda göstərilən quru statistik məlumatlara söykənən xronologiyadır. Amma bu xronologiyanın arxasında Azərbaycan dövlətinin idarəçilik sistemində xüsusi iz qoyacaq bir rəhbər durur. Çoxlarından fərqlənən və təkrarolunmaz rəhbər… Beləliklə cumhuriyyet.az olaraq sadalayaq: Vidadi İsayev
… Yeganə icra başçısıdır ki, bu posta biznesdən, polis həyatından, məmur nomenklaturasından deyil elmdən gəlib. Bəlkə də yanılırıq, amma o bizim bildiyimiz yeganə alim icra başçısıdır…
…Yeganə icra başçısıdır ki, bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…
…Yeganə icra başçısıdır ki, Sovet dönəmində Qarabağın iqtisadi-sosial baxımdan ən böyük rayonu olan Bərdənin nüfuzunu yenidənözünə qaytardı…
… Yeganə icra başçısıdır ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona “başçı” yox daha üstün sayğı ilə “Rəhbər”, “Müəllim” deməsi də burdan qaynaqlanır.
… Yeganə icra başçısıdır ki, ona qarşı ən qərəzli media orqanı belə villalarının, bahalı avtomobillərinin, obyektlərinin şəkillərini dərc etməyib və etməyəcək də…
Heç kəs bizim məmur postunda da MÜƏLLİM olarq qəbul etdiyimiz bir şəxsə bu sözlərdən qısqanmasın. Sadaladıqlarımızın bir çoxu elə xeyli sayda rayon rəhbərinin, məmurun sahib olmalı olduğu hallardır. Amma reallıq budur: Vidadi İsayev yeganə icra başçısıdır ki…
Var-dövləti saya gəlməz, anlayan olsa…
Bütün elmi, pedaqoji və inzibati titullarını bir kənara qoyaraq bir elin, obanın AĞSAQQALI kimi tanıdığımız Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev haqda bəzən mediada yer alan uydurmalar da gülüş doğurur. Yalana bükülüb ləkə kimi atılan yazılara cavab olaraq gerçək olanı deyək: “Bəli, Vidadi İsayev təsəvvürünüzə gətirmədiyiniz qədər zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında. Adamın elmi fəaliyyət stajı sizin ömür yolunuzdan artıq, 40 ilə yaxındır! Bu illər ərzində əvvəl orta məktəbdə yetişdirilən şagirdlər, sonra elmi əsərlərdən qidalanan bir nəsli təsəvvür etsək və  bu tələbələrin də sonradan özlərinin müəllim olaraq kadr hazırlamasını göz önünə gətirin. Həndəsi silsilə ilə artan bir sərvət! Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya V.İsayevin bir məmur kimi xalq qarşısında gördüyü xidmətlər, illərlə unudulmayacaq xeyirxah əməllərini də artırsaq  onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə sizin yanınızda “Vidadi İsayevin böyük, tükənməz bir xəzinəsi var”-deyib, sadəcə siz hər şeyi baş-ayaq anlamısız…
Vəzifəni hörmətə mindirən KİŞİ
Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda icra başçısı haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən, nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri indi icra başçısını müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümün vicdan borcu saydıq. Bu gün icra başçılarının böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan Onun haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Vidadi İsayev vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən KİŞİlərdəndir.
V.isayev icra baçılığına rahat həyat sürmək üçün gəlməyib. O sakit alimlik həyatından böyük bir iqtisadi rayona rayona göndərilib. Həm də var dövlət toplamaq üçün yox. Çünki Vidadi müəllimin alim kimi həm maddi, həm də mənəvi xəzinəsi bir çox məmurlardan üstündür. O, bir Ağsaqqal olaraq, bir elin, obanın qəbul etdiyi Lider olaraq Bərdəyə təyinat aldı. Sovet dönəmində “Kadrlar hər şeyi həll edirlər” şüarı çox dəbdə idi. Əlbəttə, bu deyimdə kadrların rolu məsələsi həqiqətən bir qədər şişirdilmişdi. Amma bununla belə kadrların çox şey həll etdiyini də danmaq olmaz. Ən azı ağlımız kəsəndən bəri kiçik kənd məktəbindən tutmuş ölkə rəhbərliyinə qədər hansı vəzifəli şəxslərin necə qurub-yaratdığını da, əksinə, hansı rəhbərlərin necə dağıdaraq viran qoyduğunu da görmüşük. Son yarım əsr ərzində Bərdə rayonunda xeyli sayda rəhbər (ancaq birinci şəxslər nəzərdə tutulur) dəyişib. Onların içərisində bacarıqlısı, işgüzarı, qurub-yaradanı, ədalətli və mərhəmətli olanı da olub, rayonun qayğıları ilə məşğul olmayan, ətrafında qoçu dəstəsi saxlayan, vəzifədən yalnız şəxsi məqsədlər üçün istifadə edən, respublikanın aidiyyatı dövlət qurumları ilə əlaqə qurub məsələ həll etmək qabiliyyəti və istəyi olmayan təsadüfi şəxslər də olub. Aradan illər, on illər ötsə də, İsmayıllı camaatının qəlbində həmin şəxslərlə bağlı çoxsaylı xatirələr qalmaqdadır. Sadəcə xatirələr fərqlidir. Kimini bacarıqlı, işgüzar və qurucu, kimini də etibar olunmuş vəzifədən şəxsi mənafeyi üçün istifadə edən təsadüfi kadr kimi. Bu baxımdan V.İsayev həm bərdəlilərin qəlbində, həm də müasir Bərdənin tarixində əvəzsiz mövqe sahibinə çevrilmişdir.
Qədim Bərdənin müasir tarixi yazılır
Bərdə rayon İcra Hakimiyyəti Başçısı Vidadi İsayev bu rayona başçı təyin olunduğu vaxtdan bəri, Bərdədə əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Rayondan xəbər portalımızın elektron poçtuna ünvanlanan məktublarda Bərdə RİH-nin başçısı Vidadi İsayevin fəaliyyətinə dair razılıq hisslərinin ifadə olunması ilə yanaşı, rayonda gedən proseslərin saytımızda işıqlandırılması xahişlərinə də tez-tez rast gəlinir. Son 12 ildə rayonda ümumi məhsul buraxılışının həcmi 5 dəfə, sənaye məhsulu istehsalı 4,5 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı 3,3 dəfə, tikinti-quruculuq işlərinin həcmi 13,3 dəfə artıb. Rayonda yeni sənaye obyektləri yaradılıb, genişmiqyaslı yenidənqurma, tikinti-quruculuq işləri həyata keçirilib, bir sıra mühüm sosial-iqtisadi və infrastruktur layihələri icra olunub. Yeni salınan Qəhrəmanlar parkı, Nüşabə parkı və Tərtər çayı sahilində yaradılan park-bulvar Bərdəyə xüsusi yaraşıq verir. Bir sözlə, qədim Bərdə müasir və abad bir şəhərə çevrilib. Müstəqillik dövründə Bərdə şəhərində Heydər Əliyev Mərkəzi, Mərkəzi Meydan və Bayraq Meydanı, Olimpiya İdman Kompleksi, üzgüçülük hovuzu, uşaq xəstəxanasının 60 çarpayılıq korpusu, Müalicə Diaqnostika Mərkəzi, avtovağzal kompleksi, regional “ASAN xidmət” mərkəzi kimi mühüm obyektlər, həmçinin bir sıra təşkilatlar üçün yeni inzibati binalar tikilərək istifadəyə verilib. Qarabağ əlilləri və şəhid ailələri üçün 96 mənzilli 3 yaşayış binası, məcburi köçkünlər üçün Təhlə kəndində 195 ailəlik qəsəbə, Həsənqaya kəndində 866 və 588 ailəlik yaşayış məhəllələri, “N” saylı hərbi hissə üçün şəhərcik inşa olunub. Rayonun 110 yaşayış məntəqəsinin 102-si qazlaşdırılıb. Qədim Bərdə torpağında da inkişaf, tərəqqi, insanların həyat şəraitinin yaxşılaşdırılması, sahibkarlığa geniş meydan verilməsi, əhalinin elektrik enerjisinə, təbii qaza və içməli suya olan ehtiyacının ödənilməsi, yeni iş yerlərinin açılması diqqəti daha çox cəlb edir. Sözün əsl mənasında, son illər Bərdə rayonu bölgədə öz inkişafına görə ön mövqeyə çıxmışdır. Son illərdə 3 min illik şəhər tarixi olan qədim Bərdə ölkənin çağdaş yeniləşmə və tərəqqi modeli əsasında ev-ev, məhəllə-məhəllə, küçə-küçə, meydan-meydan təzələnmiş, müasirləşmişdir. Rayon hərtərəfli yeniləşməsi ilə öz tarixində ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Bütün bunlar Bərdə şəhərinin və digər yaşayış məntəqələrinin yaxın keçmişdəki sınıq- salxaq, boz- bulanıq mənzərəsini birdəfəlik yox etmiş, hər addımda ürəkaçan, rahatlıq yaradan bir aləmə qapı açmışdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127897

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930