“ABŞ prezidentləri ermənilərə vədlərini heç vaxt yerinə yetirmirlər” – erməni ekspert

28.07.2019 - 12:41

“ABŞ senatoru, Demokrat partiyasından prezidentliyə namizəd Berni Sandersin “erməni soyqırımı”nı (qondarma – red.) tanımaq barədə vədinin taleyi prezidentliyə digər namizədlərin bu barədə verdikləri sözlərdən fərqlənməyəcək”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq institutunun direktoru, türkoloq Ruben Safrastyana məxsusdur.

Onun sözlərinə görə, təcrübə göstərir ki, ABŞ prezidentliyinə bütün namizədlər seçkidən öncə belə vədlərlə çıxış etsələr də, sonradan sözlərini “unudurlar”.

“Hər şey Türkiyə və ABŞ arasındakı qarşılıqlı münasibətlərdən asılı olacaq. Hazırda onun gərgin olduğunu bilirik. Lakin ABŞ hakimiyyətinin Türkiyəni daha da qızışdırmağı gözə alaraq “erməni soyqırımı”nı (qondarma-red.) tanıyacağını söyləmək çətindir”, – deyə ekspert qeyd edib.

Ruben Safrastyan əvvəllər də rəsmi Ankara və Vaşinqton arasında bu cür gərginliklərin yaşandığını, lakin erməni məsələsinin heç bir zaman Türkiyəyə təzyiq aləti kimi istifadə olunmadığını bildirib.

“Ona görə də bu istiqamətdə hər hansı dəyişikliyin baş verəcəyinə ümid etməyə dəyməz”, – deyə o, vurğulayıb.

Qeyd olunur ki, bu il iyulun 26-da Vermont ştatından senator, ABŞ prezidentliyinə namizəd Berni Sanders Los-Anceles şəhərində tərəfdarları qarşısında çıxışında qondarma “erməni soyqırımı” məsələsini tanıyacağını deyib.

Senator ABŞ prezidenti seçilməsi halında aprel ayının 24-də “soyqırım” ifadəsini işlədəcəyinə söz verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=130527

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930