Su-57 qırıcılarının kütləvi istehsalına başlanıb
Rusiya Federasiyasında (RF) beşinci nəsil Su-57 qırıcılarının kütləvi istehsalına başlanıb. İşlər «Suxoy» şirkətində aparılır. Bu şirkət Birləşmiş aviatikinti korporasiyasına (BAK) daxildir.
Xəbərə görə, Baş nazirin müavini Yuri Borisovun aparatında danışıblar ki, «Suxoy» Rusiya hərbi-kosmik qüvvələri ilə bağlanmış müqavilənin icrasına başlayıb. HKQ-ə 76 «suşka»nın tədarükü barədə dövlət kontraktı «Ordu-2019» forumunda imzalanıb.
Borisovun aparatında həm də əvvəl bəyan olunmuş ilk qırıcının tədarük müddətini təsdiqləyiblər. Onu sifarişçiyə cari ilin axırına qədər təhvil verəcəklər. (AzPolitika.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=130769