“MƏNİM DƏDƏMDƏN ORDU QALMIŞDI Kİ?…” – “Şuşaya hücuma hazırlaşan ordunu Bakıya gətirdilər”
Son günlər iqtidar və müxalifət düşərgələri arasında Xalq Cəbhəsi hakimiyyəti dövründə baş verənlər, eləcə də Qarabağ döyüşlərində kimlərin və necə iştirak etdiyi barədə qızğın polemika müşahidə edilməkdədir.
“AzPolitika.info”-nun məlumatına görə, tərəflər bir-birini fərarilikdə, qorxaqlıqda, məsuliyyətsizlikdə və digər əməllərdə, hətta cinayətlərdə günahlandırırlar. Baxmayaraq ki, hər iki tərəfdə əldə silah Qarabağın müdafiəsində iştirak etmiş adamların sayı barmaqla sayılacaq qədər azdır. Nə üzdə olan müxalifət liderləri, nə də hakimiyyətin aparıcı simaları döyüşçü kimi Vətənin müdafiəsində iştirak etməyiblər və bu, bizim bir xalq olaraq ən əsas bədbəxtçiliklərimizdən biridir…
Belə ikrah doğuran polemikanın getdiyi günlərdə internet televiziyalarından birinə müsahibə verən o dövrün müdafiə naziri Rəhim Qazıyev həmin vaxt baş verən bəzi hadisələrə aydınlıq gətirməyə çalışıb. R.Qazıyev qeyd edib ki, həmin vaxtlarda hakimiyyətə gələn Cəbhə liderlərini yalnız hakimiyyət düşündürüb. O dövrdə gənc olmalarına baxmayaraq, indiki müxalifət liderləri əldə silah Qarabağın müdafiə olunmasına yollanmayıblar.
R.Qazıyevin açıqlamaları bu mövzudakı iqtidar-müxalifət polemikası kontekstində aktual göründüyündən, onun müsahibəsinin həmin hissəsini diqqətinizə çatdırırıq:
Short URL: http://www.cumhuriyyet.net/?p=130873