İran prezidenti ABŞ-ı ittiham etdi
İran Prezidenti Həsən Ruhani iki ölkə arasında gərginləşən münasibətlər fonunda Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə sanksiya tətbiq edən ABŞ-ı uşaq kimi davranmaqda ittiham edib.
Bu barədə “Röyter” xəbər yayıb.
“Onlar uşaq davranışlarına əl atırlar. Hər gün ilkin şərtlər olmadan danışıqlara hazır olduqlarını açıqlasalar da, Zərifə sanksiya tətbiq edirlər”, – Ruhani bildirib.
Qeyd edək ki, ABŞ hökuməti İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə sanksiya tətbiq edib. Zərif xüsusi kateqoriyalı şəxslər siyahısına daxil edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=131213