QƏRB TÜRKİYƏNİ İTİRMƏYƏ HAZIRDIRMI? – “Ərdoğan bu raketləri həm də ona görə aldı ki…”

02.08.2019 - 18:32

Türklər, öncə döyüşçudürlər. 1683-cü ildə xristian Avropasını dəhşətə gətirən Osmanlı istilaçıları Vyanaya qədər gəlib çıxmışdılar. Gələk 1915-1916-cı illərdəki Gelibolu yarımadasına. Burada türklər Birinci dünya müharibəsi zamanı uğurlu əməliyyat aparmışdılar. Onlar müttəfiqlərin sahilə kütləvi desant çıxarmasının qarşısını almışdılar. Komandirlərdən biri də Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk olub. Biz Koreya müharibəsinə keçək. 1950-ci ildə bu müharibənin gedişindəki dörd döyüşdə beş min nəfərlik türk ordusu say baxımından özündən üç dəfə üstün olan Çin ordusu ilə vuruşub və qalib gəlib.

1952-ci ildə Türkiyə NATO-ya daxil oldu. Türkiyə müsəlman ölkəsi, Sovet İttifaqı və Qərbin qarşıdurmasında NATO-nun cənub dayağı və Yaxın Şərqin qalası kimi çıxış edib. İndi bu münasibətlər o dərəcədə pisləşib ki, bəziləri Türkiyənin NATO-dan kənarlaşdırılmasını tələb edir. Və burada mütləq qaçılmaz sual meydana çıxır ki, Türkiyəni kim itirdi? ABŞ özünə hər hansı itkini rəva görə bilməz.

Hazırkı böhran ABŞ-ın Ankaraya “Patriot” zenit-raket sistemləri satmaq istəməməsindən sonra Türkiyənin 2,5 milyard dollar dəyərində Rusiya sistemi olan dörd batareya “S-400” kompeksi almasıyla başlayıb. Amma Rusiyanın Hava Hücumundan Müdafiə sisteminin radiolakasiya qurğusu Amerikanın “F-35” qırıcısı üçün əngəl yaratmaq imkanında deyil, çünki bu sistemlər həmin təyyarəni radarlar vasitəsiylə yaxalaya bilməzlər.

Hələlik Donald Tramp Türkiyənin NATO-dan çıxarılması və ona qarşı sanksiyalar tətbiq etmək kimi konqresin cavab tədbirləri görməsi çağırışlarını rədd edir. Onun Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanla yaxşı münasibətləri var.

Amerika və Türkiyə hərbçiləri arasında münasibətlərdəki gərginlik ilk dəfə 2003-cü ildə yaranıb. Belə ki, o zaman Ərdoğan Amerikan ordusunun İraqa girmək üçün Türkiyə ərazisindən istifadə etməsinə imkan verməmişdi. Bundan sonra ABŞ ordusu İraqın şimalındakı Süleymaniyə şəhərində əməliyyat aparan türk xüsusi təyinatlılarına hücum etmişdi. Bəlkə də, ABŞ həmin hadisəni unudub, lakin Türkiyə komandanlığı bunu yaddan çıxarmayıb.

Ərdoğan hələ də ona qarşı 2016-cı ildəki baş tutmamış çevrilişdə ABŞ-ın əli olduğundan şübhələnir. Bu şübhələri Rusiya kəşfiyatı daha da qızışdırır. Vaşinqtonun çevrilişi təşkil etməkdə günahlandırılan Fətullah Güləni Türkiyəyə təslim etmək istəməməsi də bu şübhələri təsdiqləyir. Ərdoğanın təyyarəsini təqib edən və parlament binasını atəşə tutan üsyançı “F-16” pilotları, xeyli sayda ABŞ gücləri olan İncirlik aviabazasından havaya qalxmışdılar.

Çevrilişə cəhd Ərdoğan üçün qərar anı oldu və buna görə 150 min dövlət məmuru işini itirdi, 77 min nəfər isə həbsxanadadır. Digər tərəfdən, Tramp Suriya kürdlərindən imtina edə bilər, amma ABŞ hərbçiləri onlara yardım göstərməyi öz borcları bilirlər.

Bəlkə də Türkiyədəki çətin iqtisadi vəziyyətinə və Ərdoğanın elektoral populyarlığının zəifləməsi əlamətlərinə baxan Qərb, Türkiyənin “həqiqət yoluna” qayıdacağına hədsiz əmindir.

Nəhayət, bəzi Qərb neokonlarının ehtiyat müttəfiqləri var. Kənarda qalan yeni bloka Yunanıstan, Kipr və İsrail daxildir. Onları bir-birinə Aralıq dənizindəki təbii qaz yaxınlaşdırır, amma hələlik onların Avropya təbii qaz aparacaq iki min kilometlik kəmərləri yoxdur.

Qərb Türkiyə məsələsində Rusiya və Çinin nə edəcəyini lazımınca dəyərləndirmir. Moskva Türkiyəni NATO-dan “dartıb çıxarmaq” istəyib, ona görə də, Ankaradakı səfirin vurulması hadisəsinin üstünə çox gedilmədi. Digər tərəfdən, Türkiyə Rusiya və İranla birgə Suriyadakı sülh prosesinin əsas oyunçularına çevrildilər.

Rusiya, İsrail və Səudiyyə Ərəbistanı istisna olmaqla, ABŞ-ın Yaxın Şərqə olan marağının zəifləməsini və silah satmaqla öz təsirinin bərpa olunması mümkünlüyünü hiss edir. Əgər Misir, Qətər və Səudiyyə Ərəbistanı da Türkiyədən nümunə götürərək Rusiya silahı almağa başlasalar, onda ABŞ bu ölkələri cəzalandıracaqmı?

Başqa yandan Türkiyə və Çin güclü əlaqələr qurmaqda qararlıdırlar. Ərdoğan Pekinə səfəri zamanı öz ölkəsini Si Çzinpinin “Bir zolaq-bir yol” təşəbbüsünün əsasına birləşdirməyə çalışır. Ərdoğan Pekində Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Qazaxıstandan keçəcərək, Çin və Avropanı birləşdirəcək quru dəhlizindən tez-tez söz salıb.
Türkiyəyə son dərəcə lazım olan Çin investisiyasının axınını nəzərə alsaq, onda görərik ki, Ərdoğan çox mühüm bəyanat verib: “Sinçzyan – Uyğur muxtar rayonunun xalqı Çinin inkişafı və çiçəklənməsi sayəsində xoşbəxt yaşayır”.

Ümumiyyətlə isə, Türkiyə prezidentinin Çindəki uyğur müsəlmanlarının çətin və yoxsul vəziyyətindən ABŞ dövlət katibindən və ya BBC-dən az maraqlanması xüsusi bir haldır.

Aydındır ki, NATO alyansı çoxdandır ki, mürəkkəb dövr yaşayır, lakin Türkiyənin itirilməsi barədə danışmaq çox tezdir. Çinin sərmayə təklif edəcəyini və ya Rusiyanın müvəqqəti və etibaralı dost olub-olmayacağını zaman göstərəcək. Avropa Birliyi və Birləşmiş Ştatların bir neçə raket sistemləri ilə bağlı yaşanan sancılı dönəmdə Türkiyəni “itirməmişdən” öncə çox yaxşı düşünmələri lazımdır. Ərdoğan həmin raket sistemlərini həm də ona görə alıb ki, Hərbi Hava Qüvvələrinin pilotlarından kimsə, yenidən onu devirməyə cəhd göstərməsin…

(“The Times”-Böyük Britaniya)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131379

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2019
BE ÇA Ç CA C Ş B
« İyl    
 1234
567891011
12131415161718
19202122232425
262728293031