Deputat Fəzail Ağamalı Fazil Mustafaya elə sözlər yazdı ki…

03.08.2019 - 13:53

Şah İsmayıl çəkişməsi davam edir

Deputat Fəzail Ağamalı özünün Facebookdakı səhifəsində xüsusi statusla çıxış edib.

Fəzail Ağamalının statusu aşağıdakı kimidir:

“Dəyərli dostlar!

Fazil Mustafanın mənim haqqımda dediyi sözlərə cavab verməyə ehtiyac duymuram. Göründüyü kimi, F.Mustafanın özündən razı və kifayət qədər dolaşıq məntiqə söykənən yazıları, şərhləri sosial şəbəkədə ikrahla qarşılandı və tam əminlik yaratdı ki, Fazil Müstafadan fərqli olaraq millətimiz öz tarixinin sahibidir. Sübut olundu ki, bizlər tariximizi, tarixi şəxsiyyətlərimizi topa-tüfəngə tutanlarla bərabər deyilik, əksinə onlara həssas və sayqıilə yanaşan, onları haqsız hücumlardan qorumağı bacaran bütün türk soyunun dəyərli övladlarıyıq.

Bizim üçün Metedən və Atilldan başlamış, Babək də, Toğrul bəy də, Şəmsəddin Eldəgiz də, Çingiz Xan da, Osmanlı İmperiyasının dəyərli Sultanları da, Teymurləng də, Uzun Həsən də, Şah İsmayıl Xətai də, Nadir Şah da, Ağa Məhəmməd Şah Qcar da, Nuru Paşa da, Mustafa Kamal Ata Türk də, Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcıları olan M.Ə Rəsulzadə, Ə. Topçubaşov, F.Xoski də, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev də hörmətə, sevgiyə layiq böyük və əvəzsiz tarixi şəxsiyyətlərimizdir. Onlara toxunmaq, onları addımbaşı, haqsız yerə təftiş etmək yol verilməzdir, tariximizə xəyanətdir. Edərsən, əllərin, qələm tutan barmaqların, danısan dilin yanar. Həm də sual olunur: axı sən bu tarixi şəxsiyyətlərlə müqayisədə doğrudan- doğruya kimsən!?” (Musavat.com)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131396

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2019
BE ÇA Ç CA C Ş B
« İyl    
 1234
567891011
12131415161718
19202122232425
262728293031