Tramp Pompeonu “vurmaq” üçün Türkiyəni… – SENSASİON İDDİA

03.08.2019 - 20:24

ABŞ-ın Türkiyəyə qarşı tətbiq etmək istədiyi sanksiyalar əslində Vaşinqton kulislərindəki siyasi qarşıdurmanın bir hissəsidir.

Publika.az xəbər verir ki, bu barədə “Time” nəşri yazıb.

Nəşr hesab edir ki, prezident Donald Tramp Türkiyəyə qarşı tətbiq edilməsi planlaşdırılan sanksiyalardan əslində dövlət katibi Mayk Pompeoya qarşı istifadə edir.

“Trampın 2,5 illik prezidentlik dövründə Pompeo ilə heç bir fikir ayrılığı olmayıb. Lakin Türkiyənin S-400 sistemlərini almasından sonra Trampla Pompeo arasında münasibətlər kəskinləşdi. Pompeo iyulun 14-də Türkiyəyə qarşı sanksiyaların tətbiq ediləcəyini açıqladı, lakin Tramp Administrasiyasından yüksək vəzifəli rəsmilərdən biri Türkiyəyə qarşı sanksiyaların tətbiqi məsələsinin gündəmdə olmadığını bildirdi. Dövlət Departamentinin rəsmilərindən biri də sanksiyaların olmayacağını dedi”.

Nəşr Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə senator Lindsey Qraham arasında telefon danışığına diqqət çəkərək, Pompeonun türkiyəli həmkarı ilə “görüşməməsini” vurğulayıb. İddialara görə, Tramp Lindsey Qrahamı Pompeonun yerinə gətirmək istəyir.

“Bu proseslər “Tramp S-400 mövzusundan öz maraqları üçün istifadə edir, sanksiyalar əslində olmayacaq” sualını gündəmə gətirir”, – nəşr qeyd edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=131486

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728