Elinanı intihara sürükləyən direktor yenə həbs olunmadı

08.08.2019 - 20:03

Bakıdakı 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharına görə cinayət məsuliyyətinə cəlb olunan məktəbin direktoru Sevinc Abbasovanın həbs olunmasından ötrü verilən şikayətə baxılıb. Elinanın ailəsi direktorun barəsində ev dustaqlığı qətimkan tədbirinin daha iki ay uzadılması barədə Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Avqustun 8-də Bakı Apellyasiya Məhkəməsində Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası bu şikayətə qapalı iclasda baxıb. Məhkəmədən sonra zərərçəkmişin vəkilləri bildirib ki, şikayət təmin olunmayıb.

«Biz ev dustaqlığının həbs-qətimkan tədbiriylə əvəzlənməsini istəyirdik. Amma məhkəmə təmin etmədi. Əsas gətirdi ki, Sevinc Abbasova istintaqın bütün çağırışlarına gəlir, istintaqın gedişinə mane olmur. Qanuna görə, qətimkan tədbiri məsələsində apellyasiya məhkəməsinin qərarı qətidir və ondan şikayət vermək nəzərdə tutulmayıb», – vəkil Sevinc Əliyeva bildirib.

Vəkil istintaqın gedişindəki yeniliklərdən də danışıb. Bu işdə həkim səhvinə dəlalət edən halların olduğunu deyən S.Əliyevanın sözlərinə görə, ekspertiza isə həkimlərin xeyrinə rəy verib: «Rəyin məzmunu təxminən belədir ki, xəstəxanaya gec çatdırılıb deyə, onu xilas etmək mümkün olmayıb. İstintaq getdiyinə görə detalları açıqlaya bilmirik. Amma işdə dəlillər var ki, diaqnoz düz qoyulmayıb».

Zərərçəkmişin vəkilləri istintaqda təkrar ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin olunub, amma müdafiəçilərin istədiyi ekspertin də iştirakı məsələsində onlara «yox» deyilib: «Heç bir əsaslandırma da yoxdur ki, niyə o adam ekspertizanı apara bilməz». (Virtualaz.org)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131934

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930