Səfər Mehdiyev curəti kimdən alıb ki, prezidenti aldadıb?

28.08.2019 - 11:55

Bugünlərdə DGK – dakı maliyə pozuntuları ilə bağlı DTX-ya müraciət olunduğu barədə məlumat yayıldi. Məlumatda bildirilirdi ki, 2019-cu ilin birinci yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində yoxlama aparıb.

Cumhuriyyet.az xəbər verir ki, “Marja”nın məlumatına görə, yoxlama Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məktubu və Xidmətin İstintaq Baş İdarəsinin qərarı əsasında aparılıb.

Dövlət Maliyyə Nəzarəti Xidməti dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlayıb.  Avtonəqliyyat Baş Gömrük İdarəsi 15.12.2017 – 31.12.2017 dövrü üzrə yoxlanıb.

Cumhuriyyet.az xəbər verir ki, Yoxlama nəticəsində 2 milyon 27 min 800 manat artıq və əsassız ödənişlər aşkar edilib. Artıq və əsassız ödənişlərin təqsirkar şəxslər hesabına büdcəyə bərpası təmin edilməyib. 

Maraqlı faktdır. Dövlət Maliyyə Nəzarəti xidməti 16 günü əhatə edən bir (15.12.2017 – 31.12.2017) dövrdə nə az nə çox, 2 milyondan artıq maliyyə pozuntusu olub. Görəsən Maliyyə nəzarət palatası adıçıkilən idarənin 16 günlük deyil 16 aylıq sənədlərini yoxlasaydı nə qədər maliyə pozuntusu və büdcədən kənar xərcləmələr aşkarlanardı? Və ümumiyyətlə Maliyyə Nəzarət Palatası niyə DGK-nın digər idarəsini 2 il yarımlıq dovr üçün sənədlərini yoxladığı halda bu idarənini cəmi 16 iş gününü yoxlayıb? Əlbəttə suallar çoxdu və bu suallar elə suallardı ki, nəinki biz, geniş oxucu auditoriyası da bu sualların cavabını bilir. Bizi isə maraqlandiran başqa bir sualdir. Cəmi 16 günə 2 milyondan artıq maliyyə pozuntusu aşkarlanan idarənini rəisinin təqdimatını Prezident İlham Əliyevin qarşısına kim qoyub?  15 manat rüşvət aldığına görə gömrük müfəttişini işdən azad edib sənədlərini prokurorluq orqanlarına göndərən Səfər Mehtiyev ictimaiyyətin gözünə külmü üfürürdü ya bu kül İsmayıl Hüseynovun təqdimatını cənab Prezident İlham Əliyevə edəndə öz gözünə üfürülmüşdü? O zaman Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində nələrin olduğunu hörmətli Səfər Mehtiyev bilmirdimi? Və ümumiyyətlə hələ birinci müavin işlədiyi dövrdə DGK-nın bütün maliyyə sektoru Səfər müəllimə tabe deyildimi?

Bəs indi nə baş verir? 2 il bundan əvvəl aşkarlanan 2 milyonluq maliyyə pozuntusu niyə yerinə, dövlət büdcəsinə qaytarılmır? DTX-nın məktubu əsasında aparılan yoxlamanın nətıcəsini Səfər Mehtiyevin birinci müavini İsmayıl Hüseynov vecinə almirsa  və o bu pulu dövlət büdcəsinə qaytarmaqda maraqlı deyilsə, o zaman bu maliyyə firildaqçısını nədən yenə də ən yüksək vəzifəyə daşıyıb DGK-nın bütün maliyyə sektorunu onun nəzarətinə veriblər? Səfər Mehtiyev curəti kimdən alıb ki, hamını aldadıb?

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=132149

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031