Hamı bu televiziya kanalından danışır: Rəhbərdən iddialı MESAJLAR

20.09.2019 - 10:22

Sosial şəbəkələrdə son günlərin trendi “AYTV1” internet televiziyasında yayımlanan verilişlərdir. Xüsusən də, onlar arasında “Qızıl səslər” və “Əsrin Ziyalıları” verilişləri çox müzakirə olunur.

İnternet televiziya kanalı ilə bağlı Lent.az-ın suallarını cavablandıran “Aytv1” kanalının studiya rəhbəri əməkdar jurnalist Rəşad Tərlanoğlu bildirib ki, artıq kanal 2 il yarımdır fəaliyyət göstərir:
“Kanalımızın təsisçisi və baş direktoru şair Məleykə Göyçəli olsa da, idarəçi mənəm. Burada hər şeydən xəbərdaram. Bildirim ki, kanalımız internet televiziyası olsa da, artıq “Smart” televiziyası ilə də yayımlanırıq. Hazırda 30-a yaxın əməkdaşımız var və studiyamız “Azərbaycan” nəşriyyatında yerləşir. Əvvəllər 24 saat yayımımız var idi, indi ancaq layihəçilərim var, onlar gəlirlər və verilişləri canlı gedir”.
R.Tərlanoğlu qeyd edib ki, insanların əksəriyyəti kanalın harada yerləşməsini və hansı səviyyədə qonaqların gəlməsini çox yaxşı bilir:
“Son vaxtlar kanalımız çox paylaşılır. Düşünürəm ki, hər öndə gedən kanal haqqında nələrsə danışılmalı, paylaşılmalıdır. Bütün bunlar təbii haldır.
Elə insanlar olur ki, başqa heç bir kanala getmirlər, ancaq bizə gəlirlər. Məsələn, tez-tez xalq artistləri, həmçinin əməkdar artistlər qonağımız olur. Hətta Flora Kərimova, Niyaməddin Musayev də bizə qonaq gəliblər.
Bilirəm ki, daha çox danışılan “Qızıl səslər” verilişinin aparıcısı Qənirə xanımdır. Əlbəttə, televiziyada insan yaxşılığı ilə tanınmaq istəyər. Bizim haqqımızda yazan saytların, səhifələrin nəyin əsasında kimlər tərəfindən paylaşıldığını biz yaxşı bilirik. Biz onların hamısına tam səmimi formada cavab veririk. Hətta bir neçə məşhur teleaparıcının, şoumenin paylaşımları da olub, tapşırıq verildikdən sonra onlar paylaşdıqlarını siliblər”.
Kanalın studiya rəhbəri son olaraq bildirib ki, pislə yanaşı, yaxşıları da demək lazımdır:
“Bəzi “insanlara” demək istəyirəm ki, “Qızıl səslər” verilişinə Flora Kərimova, böyük dahi insanlar, xalq artistləri, Kəmalə Rəhimli, eləcə də digər yerlərə getməyib, ancaq bizə gələn şəxslər gələndə niyə bunu işıqlandırmayıblar? Əgər biz müsəlmanıqsa, bir millətiksə, humanist xalqıqsa, pisi deyəndə yaxşını da unutmamalıyıq”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=133333

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031