“SSRİ-də seks yoxdur” deyən qadının sözünün ardı – O, özü 5 dəfə ərə gedib …

24.09.2019 - 16:41

“SSRİ-də seks yoxdur…” – bu ifadə 1986-cı ildə təkcə sovetlər məkanında deyil, okeanın o tayında, Amerika Birləşmiş ştatlarında da populyar bir frazaya çevrilib.

Çoxları düşünə bilər ki, bu ifadə də Kremlin ideologiya aparatının növbəti populist şüarı olub. Amma əsla belə deyil. Çünki SSRİ-yə “böyük seks” anlayışını elə Kremlin birinciləri gətirib.

Vladimir İliç Leninin İnnesa Armandla sevgi oyunları, İosif Stalinin Vera Davıdova ilə eşq macərası, Nikita Xruşovun Yekaterina Furtseva ilə isti münasibətləri, Leonid İliç Brejnevin gizli qalmayan qadın ehtirasları, Yuri Andropovun ailəli olduğu halda digər bir xanıma əl uzadıb ürək açması, Konstantin Çernenkonun “məxfi” çoxarvadlılığı bir daha sübur edir ki, SSRİ-də seks problemi olmayıb.

Sıravi vətəndaşlar arasında bu məsələnin normal tempdə olduğunu bilmək üçün isə statistikaya nəzər yetirmək kifayətdir. Əgər 1985-ci ildə SSRİ-nin əhalisinin sayı 276 milyon 300 min nəfər olubsa, 1986-cı ildə bu rəqəm 278 milyon 800 min nəfərə çatıb.

Bəs bu ifadəni ortaya kim atıb?

1986-cı ildə tanınmış telejurnalistlər Fil Donaxyu (ABŞ) və Vladimir Pozner (SSRİ) “Sovet-Amerika telekörpüsü” layihəsinə start veriblər. Bu layihə həm SSRİ-ABŞ münasibətlərində, həm də ümumilikdə efir məkanında yeni bir hadisə idi.
Layihənin ikinci Boston-Leninqrad buraxılışı “Qadınlar qadınlarla danışır” adı altında çəkilib. Hər iki tərəfin studiyalarına qadınların dəvət olunması nəzərdə tutulub. Hansı qadınların dəvət olunacağı isə tərəflər arasında mübahisəyə səbəb olub.
Belə ki, telefon danışığı zamanı Fil Donaxyu şübhələrini dilə gətirib, Leninqrad studiyasına dəvət olunacaq qadınların hamısının DTK əməkdaşları olacağından şübhələndiyini söyləyib. Mübahisəyə son qoymaq üçün qərara alınıb ki, amerikalı nümayəndələr Leninqrada gəlib qadınların seçilməsi prosesində iştirak etsinlər. Beləliklə, Pozner amerikalı həmkarları ilə birlikdə xəstəxanaları, məktəbləri, institutları gəzib telekörpüyə qatılacaq 200 nəfər seçiblər. O cümlədən qarşı tərəfin iştirakçı seçimində də SSRİ nümayəndələri iştirak ediblər.

Teleköpü başlanmazdan əvvəl Pozner qadın iştirakçıları təlimatlandırıb, onları amerikalıların provokasiya xarakterli suallarına qarşı ayıq olmağa çağırıb.

Beləliklə, Boston-Leninqrad telekörpüsü öz işinə başlayıb.

Amerikalı qadınlardan biri Leninqrad studiyasına sualla müraciət edib:

– Bizim bütün reklam çarxlarımız seks ətrafında dövr edir. Bəs sizdə necə, seks varmı?

Əslində amerikalı xanımın sualı reklam çarxlarında olan seksdən gedib.

Pozner suala cavab vermək üçün mikrafonu Leninqrad studiyasının iştirakçılarından biri, “Leninqrad” mehmanxanasının baş inzibatçısı, şəhər Qadınlar Cəmiyyətinin sədri Lyudmila İvanovaya uzadıb. Baş inzibatçı özünü “itirmədən” sualı cavblandırıb:

– SSRİ-də seks yoxdur və biz buna qarşıyıq…

Hər iki studiyadakı iştirakçıların uğultulu gülüşləri Lyudmila İvanovnanın nitqini eşidilməyəcək dərəcədə batırıb.

Sonralar bu hadisəni xatırlayan Lyudmila İvanovna xatirələrini belə bölüşüb:

“Mən fikrimi sona qədər çatdıra bilmədim. Daha doğrusu, söylədim, amma gülüş səsləri o qədər uca idi ki, mənim sözlərimi heç kim eşitmədi. Mən dedim ki, SSRİ-də seks yoxdur, sevgi var. Bu cümlə məni həm Amerikada, həm də SSRİ-də məşhur etdi. Tədbirlərdə iştirak edəndə, şəhərdə gəzintidə olanda, hətta adicə alış-veriş zamanı arxamca söz atırdılar, “SSRİ-də seks var?” deyə suallarla məni istehza hədəfinə çevirirdilər. Həmin telekörpü zamanı mənim 43 yaşım var idi, tam səmimi deyim ki, bu 43 ildə mən birinci dəfə seks sözünü tələffüz edirdim…”

Maraqlı məqamlardan biri odur ki, SSRİ-də seksin olmamasını söyləyən Lyudmila İvanova nə az, nə çox, düz beş dəfə ərə gedib. Ər dəyişmələrin arasındakı zaman kəsiyində isə bir neçə sevgilisi olub. O, bu fakta qarşı da “tutarlı” cavab verib:
“Mənim həyatımın bütün yataq prosedurlarını sevgi müşayiət edib. Heç bir seksdən söhbət gedə bilməz. Seks amerikalılarda olur, bir saatlıq, yaxud da bir gecəlik, sovet vətəndaşı üçün bu söz yad bir ifadədir, kommunist əxlaqına zidd olan bir məsələdir… ”

SSRİ dağıldıqdan sonra Lyudmila İvanova özünün biznesini yaradıb, kafe-kluba sahib olub. Bu klub yeni tanışlıqlar üçün gözəl bir məkan sayılıb. Bəli, insanlar SSRİ-də seksi inkar edən Lyudmila İvanovanın sahibi olduğu kafe-kluba seks ortağı tapmağa gəliblər…

Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=133532

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
« Sen    
 123456
78910111213
14151617181920
21222324252627
28293031