Müsavat Partiyasının mitinqinə icazə verildi – RƏSMİ
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
“Cümhuriyyət” xəbər verir ki, BŞİH-də müraciətə baxılıb və mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 may küçəsi “Neftçi İdman Klubu”nun Qaradağ təlim – idman bazasında keçirilməsinə razılıq verilib.
Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=135989