Rusiyanın güclü qonşuları olması üçün fəlakətdir – “Rusiyanı yalnız Çin xilas edə bilər, amma…”

10.12.2019 - 11:01

SSRİ-nin dağılmasından sonra rusiyalılar yoxsul, yoxsa varlı olublar?

«Baijiahao» portalı (Çin)

Çin internet-portalının istifadəçisi Rusiyanın iqtisadi rifahı barədə xeyli maraqlı fikirlər səsləndirib və ölkədə pulsuz səhiyyə, pulsuz yaşayış yeri kimi məsələləri önə çəkərək, bu fikrə gəlib ki, heç də hər şey ilk baxışda göründüyü kimi, yaxşı deyilmiş. O, yazır ki, əslində bu, Çin üçün «göydəndüşmə» bir şeydir, nədən ki, güclü Rusiya öz qonşuları üçün fəlakətdir…

Rusiyanın sənaye strukturu mükəmməl deyil, əhalisi isə həddindən artıq azdır. Qərbin sanksiyaları ona gətirib çıxarıb ki, Rusiyanı yalnız Çin xilas edə bilər. Amma Çin Rusiyanı güclü görmək istəmir, ona görə də dəstək məhduddur, Rusiya isə bu əraziləri «qaldırmaq» üçün çinliləri Sibirə buraxmaq istəmir. Axı çinlilər sayca çoxdurlar və əgər onlar Sibirə buraxılsa, güman ki, yerli əhalini «udacaqlar». Məhz buna görə, Rusiya həmişə bu məqamı ləngidir. Məhz neftin qiyməti düşən vaxt o, nəhayət ki, «ayıldı»…

Pulsuz səhiyyə və yaşayış yeri məsələsinə gəlincə, məntiqi nöqteyi-nəzədən, bunun heç bir mənası yoxdur. Əgər Rusiyada pulsuz səhiyyə, mənzil, yaxşı həyat şəraiti olsaydı, dünyanın hər yerindən hamı bu ölkəyə axışardı. Ancaq bütün bunlar həqiqətdirmi?

Yaponiyanın illik səhiyyə xərcləri 460 milyard dollar təşkil edir, Rusiyanınkı isə 130 milyarda yaxındır. Yaponiya belə çox xərc çəkir, amma səhiyyə pulsuz deyil. Belədə, nə üçün Rusiyada ödənişli olmasın? Bilmirəm, oxucu anlaya biləcək, ya yox, mən səhiyyə sahəsində «akademik» olmasam da, bəzi şeyləri bilirəm: müasir mərhələdə ağır xəstəliklər üçün bütün spesifik dərmanlar xarici şirkətlər tərəfindən işlənib hazırlanır, keyfiyyətli tibbi avadanlıqlar isə həddindən artıq bahadır.

Əgər Rusiyada bütün bunlar pulsuz olsaydı, qorxuram, hətta onun illik ÜDM-i bunun üçün bəs eləməzdi. Pulsuz səhiyyə yalnız Tayvanın Səma Çarlığında (1850-1865-ci illərdə taypinlərin dövləti – Müəllif.) ola bilərdi…

Pulsuz mənzil məsələsi də suallar doğurur. Belə evlər (mənzillər) hökumətin nəzarəti altında olur. Onlara nə qədər insanı yerləşdirmək olar? Bu, neçəyə başa gəlir? Əgər siz bir neçə il kommunal xidmətlərə görə, haqq ödəməsəniz, özünüz görəcəksiniz, nə baş verəcək…

Mən, məqsədli şəkildə yoxladım: Rusiyada illik səhiyyə xərcləri 130 milyard dollar, əhalinin adambaşına düşən xərclər isə ortalama, 1000 dollar təşkil edir. Rusiyanın rəsmi statistikasına görə, hər il hər bir rusiyalı 6 dəfə həkimə müraciət edir. Tibbi müayinələrin və dərmanların qiyməti isə səhiyyə xidməti xərclərinin 30 faizini təşkil edir. Beləliklə, hər dəfə həkimə müraciət (baxış və dərmanlar) hər pasiyentə 300 yuana (1 yuan – təxminən 9 rubldur – Red.) başa gəlir.

Pulsuz mənzil də uyğun məntiqə söykənir: Şimali Koreyada mənzil kirayəsi də pulsuzdur, amma bu, çoxmərtəbəli dövlət mənzil fonduna aiddir və onu təmir etdirmək – başdan-başa problemdir. Biz, 2017-ci ildə Rusiyada olarkən, orta əmək haqqı 600 dollara yaxın idi. Yaşayış yeri, təhsil, tibbi xidmət, elektrik enerjisi əsas etibarilə, pulsuz, milli xoşbəxtlik indeksi isə çox yüksək idi. Rusiyada pulsuz yaşayış yeri siyasəti ondan ibarətdir ki, kəbində olan və iki və ya artıq uşağı olan şəhər sakinləri hökumətə müraciət edib, şəhər ərazisində pulsuz 3 otaqlı mənzil, şəhər kənarında pulsuz «bağ evi» və 70 «sot»luq torpaq sahəsi tələb edə bilər. Əgər onların 3 və daha artıq, məsələn beş uşağı olarsa, hökumət uşaqların 3-nün yaşam xərclərini ödəyir. Odur ki, onların bir çoxu iş günləri şəhərdə yaşayır, istirahət günləri isə şəhər ətrafına gedir…

Çinə güclü Rusiya lazım deyil, çünki bu ölkə öz sərhədlərinin təhlükəsizliyini yalnız beləcə təmin edə bilər. Bu – ən yaxşı strateji qərardr. Güclü Rusiya – onun qonşuları, xüsusilə də Çin üçün fəlakətdir. Ötən illərin təcrübəsi belə nəticəyə gətirib çıxardır. Torpağa yönəlik rusiyalıların simicliyi sübut edir ki, Rusiya heç vaxt strateji həmkar ola bilməyəcək. Gələcək hadisələrə görə insanlar narahat olmamalı və hazırkılara köklənmməlidirlər. Bu, çinli müdriklərin gəldikləri nəticədir və tarixi təcrübəyə söykənir.

Rusiya ilə yalnız taktiki əməkdaşlıq ola bilər. Belə müdrik yanaşma eyni zamanda, həm də Çinin uzunmüddətli maraqlarını nəzərdə tutmalıdır. Rusiya ilə uzunmüddətli həmkarlıq münasibətləri qurmaq cəhdləri mənasızdır, nədən ki, belə yanaşma onun keçmiş byüklüyünü qaytarmasına kömək etmiş olardı. Yalnız tarixi öyrənmək yolu ilə biz, gələcəyi anlaya bilərik.

Necə olub ki, Rusiya öz əhalisini dilənçiliyə gətirib çatdırıb? Cavab – pul sisteminin isahatı ilə! Yeni sistemlə hesablayanda, 2 min köhnə rubl – cəmi, bir yeni rubldur. Bundan başqa, SSRİ-nin dağılmasından sonra dövlət müəssisələrinin özəlləşdirilməsi həyata keçirilib. Amma dövlət əsas aktivlərini sata bilməz – əgər yaşamaq istəyirsə. Həm də SSRİ industrial dövlət olub axı.

Bütün bunlar ona gətirib çıxardı ki, nəhəng aktivlər tezliklə bir neçə adamın əlinə keçdi. Üstəlik də hər il qiymət artımı müşahidə olundu. Mən, «Feniks TV»-nin arxiv xəbər reportajlarını görmüşəm: çörək növbəsində dayanmış yaşlı kişi reportyora şikayətlənir ki, çörək növbədə dayanmışların hamısına çatmayacaq. O zaman mənim gözlərim yaşla dolmuşdu! Həmin reportaj mənim yaddaşımda dərin izlər buraxıb…

2018-ci ildə Moskva üzrə vergiləri çıxmaq şərtilə, orta əmək haqqı 8100 yuan təşkil edib. Siz, Moskva şəhər statistika şöbəsinin rəsmi saytına daxil olmaqla, bunu yoxlaya bilərsiniz. Mən, tez-tez Moskvada oluram və metro stansiyaları yaxınlığında dilənən qocaları və oxuyanları tez-tez görürəm. Rusiyalıların ümumi yaşayışının keyfiyyəti xeyli yüksəkdir. Sadə nümunə gətirmək istəyirəm: piyada keçidləri ilə yolu keçmək həmişə təhlükəsizdir. Baxmayaraq ki, piyadanı neçə maşın gözləyir – onlar həmişə piyadanı gözləyirlər.

Rusiyalılar həm də mədəni tədbirlərə maraq gstərirlər və olduqca zəngin mənəvi həyatları var…

Belədə, məntiqi sual yaranır: Azərbaycanın Rusiyadan və digər inkişaf etmiş ölkələrdən əsas fərqi nədir? Qısaca – bu ölkələrdə insanlar tibbi xidmək almaq üçün böyük pullar xərcləsələr də sağala bilmirlər. Çünki bizdə tibbi xidmət «pulsuz» olduğu kimi, həm də keyfiyyətsizdir!

AzPolitika.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=138318

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031