Dostlarını da, düşmənlərini də haqlı çıxaran general…

22.02.2020 - 15:46

DTX-ın Neftçala Rayon İcra Hakimiyyətində həyata keçirdiyi əməliyyat və bu əməliyyat nəticəsində icra başçısı başda olmaqla bir sıra yetkililərin həbsi, son günlərin ən çox müzakirə edilən olayları sırasındadır.

Şübhəsiz, DTX-nın öz vəzifə və səlahiyyətindən sui-istifadə edən, təmsil olunduğu dövlət məqamını biznes məqamına çevirən, minlərlə insanın haqqına girərək milyonlar qazanmağa çalışan məmurların həbsi cəmiyyət tərəfindən alqışlanmaqda, dövləti ədalətin təntənəsi kimi təqdir olunmaqdadır. Bu hadisələr fonunda ən çox təqdir olunması gərəkən amil isə cəmiyyətin DTX-ya, milli təhlükəsizliyimizin qarantı olan bu quruma olan inam və etimadının tədricən bərqərar olmasıdır.

MTN dönəminin acı xatirələri: Nəfsinin qurbanına çevrilən generallar…

 

Məlum olduğu kimi, Eldar Mahmudovun rəhbərlik etdiyi MTN dönəmində bu mühüm qurumun başında duran bir çox şəxslərin mili maraqlarımız deyil, sadəcə fərdi maraqların keşiyində dayanması ağır nəticələrə səbəb olmuş, xeyli sayda iş adamı şərlənərək həbs edilmiş, sözügedən nazirlik özü nəhəngliyində bazara çevrilmişdi. Məhz bu səbəbən də MTN-də aparılan araşdırmalar nəticəsində adıçəkilən qurumun bir sıra generalları həbs edilmiş, nazirliyin özü isə ləğv edilmişdir.

MTN rəhbərliyində təmsil olunanların müxtəlif iş adamları, dövlət məmurlarına qarşı atdığı qanunsuz addımlar haqlı olaraq cəmiyyətdə bu quruma olan inamı sarsıtmış, cəmiyyətdə böyük xof yaratmışdı. Odur ki, MTN dönəmindən miras qalan ağır nəticələr və acı təəssürat fonunda cəmiyyətin yenidən inamını qazanmaq, insanların sevdiyi və güvəndiyi bir quruma çevrilmək ikiqat çətinləşmiş, uzun zaman və gərgin fəaliyyət tələb edən bir işə çevrilmişdir. Lakin Əli Nağıyevin rəhbərliyi altında DTX-nın bu çətin işin öhdəsindən müvəffəqiyyətlə gəldiyi, insanlara qənim kəsilən, dövlətin ədalətinə inamsızlıq yaradan məmurlara qarşı qanun müstəvisində sərt addımlar atmaqla vətəndaşlarda rəhbəri olduğu quruma etimad yaratdığı, bu yolda inamla irəlilədiyi göz önündədir.

 

Dostlarını da, düşmənlərini də haqlı çıxaran general: Onu dayandırmaq mümkün olsaydı…

 

Yeri gəlmişkən qeyd edək ki, DTX-nın hazırkı rəhbəri general Əli Nağıyelə bağlı reallıqlardan biri də onun həm dostlarının, həm də düşmənlərinin proqnozunu doğrultması gerçəyidir. Əslində, hər kəsə məlumdur ki, MTN dönəmində Əli Nağıyevin bu nazirlikdən ayrılması, bəzi qüvvələrin onun çoxdan layiq olduğu indiki postda təmsil olunmasına müxtəlif üsullarla mane olması, onu yormaq, psixoloji baxımdan sarsıtmaq, ölkə başçısının gözündən salmaq cəhdləri heç də təsadüfi deyildi. Çünki Əli Nağıyevə qarşı cəbhə alan, onu şərləməyə, mənəvi-psixoloji baxımdan sıradan çıxarmağa çalışan qüvvələr yaxşı bilirdi ki, onun layiq olduğu vəzifədə qərarlaşması, bütün rüşvətxorların, korrupsionerlərin, dövlət, millət adına manipulyasiya ilə məşğul olanların sonu olacaq.  Əgər Əli Nağıyevi zamanında dayandırmaq, onun DTX rəhbərliyinə gedən yolunu kəsmək, sona qədər kölgədə saxlamaq mümkün olsaydı, o zaman hələ çox korrupsioner xalqı çalıb-çapmaqda davam edəcək, bu gün həbs olunan və ya həbs olunmaq qorxusu ilə yaşayan çox rüşvətxor özünü hakimi-mütləq hesab edəcəkdir.

Əli Nağıyevin peşəkar çekist kimi səriştəsinə, mənəvi dünyasına, dövlətə və prezidentə sədaqətinə bələd olan insanlar da onun DTX rəhbərliyində təsmil olunacağı təqdirdə şərə, qanunsuzluğa qarşı savaş açacağından, dövlətin maraqlarını başqa heç bir marağa güzəştə getməyəcyini yaxşı bilirdi.

Əli Nağıyev DTX rəhbərliyinə gəldikdən sonra atdığı addımlarla həm düşmənlərinin, həm də dostlaırnın proqnozunu doğrultdu. O, əməlləri ilə göstərdi ki, qanundan başqa kiməsə, nəyəsə boyun əymək, hansısa maraq müqailində ən kiçik qanunsuzluğa belə göz yummaq niyyətində deyil. O, alınmayan, satılmayan insan olduğunu sübut etdi. Və o, Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi bu əməliyyatla da qanunları heçə sayan bütün məmrulara belə bir mesaj vermiş oldu: “Bu gün sizin üçün də var!”

Seymur ƏLİYEV

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=143056

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930